Sarımsaq çox qədim becərilən və tibdə geniş istifadə olunan tərəvəz bitkisidir. Onun ən çox soğanağından istifadə edilir. Soğanağında fitonsid və bakterisid xassəli maddələr vardır. Sarımsaq qiymətli vitaminli bitkidir. O qan təzyiqini salıcı, qurd qovucu, mədə-bağırsaqlarda gedən çürümə prosesinin qarşısını alıcı təsirə malikdir. Soğanaqlarının tərkibində kükürd olan kəskin iyə malik efir yağı vardır. Lakin sarımsağa xas olan kəskin iy çoxlarının xoşuna gəlmir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, sarımsağın güclü antiseptik və bakterisid təsiri onun tərkibində olan həmin kükürdlü efir yağından asılıdır.
İstifadəsi: Nazik doğranmış sarımsaq soğanağından 40 qram götürüb ağzı tıxacla bağlanmış şüşənin içərisinə yerləşdirdikdən sonra onun üzərinə 100 qram sirkə əlavə edirlər. Sarımsağın dadını və iyini yaxşılaşdırmaq üçün qarışığa bir neçə damcı nanə tinkturası əlavə edib qarışdırırlar. Bu qayda üzrə hazırlanmış sarımsağın sirkəli məhlulundan yeməkdən 1-2 saat qabaq gündə 3 dəfə, hər dəfə 10-15damcı qəbul edirlər.
Tarix: 07.01.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 526 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər