Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyürtkən

Dərman vasitəsi meyvələri və yarpaqlarıdır. Yarpaqları çiçək açan vaxtı, meyvələri isə yetişəndə yığılır.

Hələ Dioskrid təzə yarpaqlarını əzərək onların həlimini dəri zədələnməsində, ekzemada, yara və irinli yaralarda məlhəm kimi istifadə etmişdir. Meyvələri və şirəsi susuzluğu yaxşı yatızdırır.

Xalq təbabətində yarpaqlarının həlimi tərlədici, köklərinin həlimi isə sidikqovucu kimi işlədilir. Yarpaqlarının və cavan zoğlarının həlimi və çayı anginada, stomatitdə (ağızın selikli qişasının iltihabında), ekzemada məlhəm qoymaq və vanna qəbul etmək üçün istifadə edilir.

Təzə və quru meyvələrinin həlimi və ya dəmlənmişi susuzluğu yatırdır, hərarəti aşağı salır, kəskin respirator və sətəlcəm xəstəliklərində məsləhət görülür. Qurudulmuş meyvələrinin və mürəbbəsinin çayı tərlədici və sidikqovucu təsirə malikdir. Dəymiş meyvələri, mədəni yüngül işlədici, kal meyvələri isə bərkidicidir. Meyvələri mədə-bağırsağın fəaliyyətini tənzimləyir, həzmini yaxşılaşdırır və sistit (sidik kisəsinin iltihabında) və böyrək xəstəliyində faydalıdır. Yarpaqlarının həlimi və çayı (1/20 nisbətində) ağızı və boğazı qarqara etmək üçün məsləhətdir. Öskürəkdə, mədədən qan axanda, qaraciyər xəstəliklərində, əsəb pozğunluğunda və təngənəfəslikdə daxilə qəbul etmək üçün istifadə edilir.

Böyürtkənin göy yarpaqlarından hazırlanmış cövhər (çay) ishalda, qastritdə və mədə qanaxmalarında məsləhət görülür.

Yarpaqlarının çayı belə hazırlanır.

1 xörək qaşığı yapaqlarından 200 ml qaynanmış suda 4 saat dəmlənir və yeməkdən 20-30 dəqiqə qabaq gündə 3-4 dəfə ½ stəkan içilir.

Dəmrov xəstəliyində 3 x.qaşığı böyürtkan yarpaqlarının üzərinə 3 stəkan soyuq su töküb 30 dəqiqə ağzı bağlı qabda zəif odla qaynatmaq, 30 dəqiqə dəmləmək, süzmək. Bu həlimlə xəstə yerləri yumaq.

Anginada (boğaz gəlməsində), stomatitdə (ağızın selikli qişasının iltihabında), damarların iltihabında ağızı və boğazı qarqara (yaxalamaq) üçün böyürtkan yarpaqlarının 20-30%-li dəmlənməsi və ya həlimi məsləhət görülür.

Şəkərli diabetdə böyürtkənin quru və xırdalanmış yarpaqlarından götürüb 1 stəkan qaynar suda 30 dəq. dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq gündə 3 dəfə 1/3 stəkan içmək.

Babasildə 1 x.qaşığı böyürtkənin kökünün üstünə 1 stəkan qaynar su töküb sakit odda 15-20 dəq qaynatmaq, 30 dəq dəmləmək, süzmək. Yeməkdən 20 dəq qabaq gündə 3-4 dəfə 100 ml qəbul etmək.

Titrəmə-qızdırmada böyürtkanın təzə meyvələri və onun şirəsi istifadə edilir. Zərərli təsiri olmadığı üçün böyürtkanın meyvələri uşaqların müalicəsi üçün çox faydalıdır.

Xalq təbabətində böyürtkənin təzə meyvələri, mürəbbəsi, siropu çayla susuzluğu yatırtmaq, xəstənin ümumi vəziyyətini yaxşılaşdırmaq və həmçinin tərlədici, sidikqovucu, sakitləşdirici və iştahaaçan kimi geniş istifadə edilir.

1 x.qaşığı quru xırdalanmış yarpaqları və kökləri 200 ml qaynar suda 15-20 dən. qaynadılır, soyudulur, süzülür. Yeməkdən qabaq gündə 3-4 dəfə 1-2 x.qaşığı qəbul edilir. Bunu boğazı qarqara etmək üçün də istifadə etmək olar.

Laringitdə (xirtdək iltihabı) 1-2 x.qaşığı böyüktkən yarpaqlarının üstünə 1 stəkan qaynar su töküb 1 saat dəmləmək, süzmək. Qarqara etmək üçün isti-isti istifadə edilir.

Əsəb gərginliyində (isteriyada) sakitləşdirici vasitə kimi böyürtkanın yarpaqlarının çayı məsləhətdir.

Çay: 1 x.qaşığı yarpaqlar 1 stəkan qaynar suda 1-2 saat dəmlənir, ½ stəkan yeməkdən qabaq gündə 2-3 dəfə qəbul edilir.

Qəbizlikdə: böyürtkənin yarpaqlarından 3 x.qaşığı 3 stəkan qaynar suya töküb termosda gecəni dəmləmək, süzmək. Yeməkdən 1 saat qabaq gündə 4 dəfə 150 ml qəbul etmək.

İnfarkdan sonra böyürtkənin yarpaqlarından 2 ç.qaşığı 1 stəkan suda 2-4 saat ərzində cövhərini çıxartmaq (dəmləmək), süzmək. Yeməkdən 20 dəq. qabaq gündə 3-4 dəfə 100 ml içmək.

Qerpesdə:

1. Böyürtkənin yarpaqlarından 10 qr. götürüb,1 stəkan qaynar su töküb 15 dəq qaynatmaq, 3 saat dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq gündə 4 dəfə 1 x.qaşığı qəbul etmək.

2. Böyürtkənin meyvələrinin şirəsini çıxartmaq 100-200 qr 1 x.qaşığı bal qatıb gündə 3 dəfə yeməkdən 20 dəq qabaq qəbul etmək.

Böyürtkənin göy yarpaqları isteriyada, aterosklerozda və hipertoniyada kömək edir.

Cövhər: 2-3 ç.qaşığı yarpaqları 1 stəkan qaynar suda 4 saat dəmlənir, yeməkdən qabaq gündə 3 dəfə ½ stəkan qəbul edilir.

Böyürtkənin meyvələri və yarpaqları ishalın və dizentiriyanın müalicəsində istifadə edilir.

Soyuqdəymədə 4 x.qaşığı böyürtkən yarpaqlarının üstünə 500 ml qaynar su töküb 4 saat dəmləmək, süzmək. Yeməkdən 0,5 saat qabaq gündə 4 dəfə 100 ml qəbul etmək.

Vadoyanka (bədən boşluğunda su yığılması) xəstəliyində böyürtkən kökləri sidikqovucu kimi məsləhət görülür.

Çay: 10 qr qurudulmuş kökləri 1 stəkan qaynar suda 2-3 saat dəmlənir, hər 2 saatdan bir 2 x.qaşığı qəbul edilir.

Laringitdə, anqinada və stomatitdə böyürtkən yarpaqlarının tünd çayı (cövhəri) ilə qarqara etmək məsləhət görülür.

Ürək xəstəliyi səbəbindən, özündəngetmədə böyürtkənin yarpaqlarını dəmləyib içirlər.

Çay: 2-3 ç.q. yarpaqları 1 stəkan qaynar su tökülüb 4 saat dəmlənir ½ stəkan gündə 3 dəfə yeməkdən qabaq içilr.

Aterosklerozda, əsəb gərginliyində və hipertoniyada böyürtkən yarpaqlarının çayı və cövhəri kömək edir.

Çay: 1 x.qaşığı yarpaqları 1 stəkan qaynar suda 1-2 saat dəmləmək, yeməkdən qabaq ½ stəkan gündə 3-4 dəfə içmək.

Cövhər: 2 ç.qaşığı yarpaqlarına 1 stəkan qaynar su tökülərək 2-4 saat dəmlənir. Yeməkdən qabaq gündə 3-4 dəfə ½ stəkan qəbul edilir.

Böyürtkən yarpağını və yaxud yetişmiş meyvəsini yemək ağızdan gələn iyin qarşısını almaq üçün məsləhətdir.

İshalda böyürtkanın yarpaqlarından 4 ç.qaşığı 500 ml qaynar suda 4 saat dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq gündə 4 dəfə hər dəfə 100 ml qəbul etmək.

Dəridə göbələk xəstəliyində: Böyürtkənin yarpaqlarından 3 x.qaşığı götürüb 3 stəkan soyuq su töküb zəif odda 30 dəq. qaynatmaq, 30 dəq. dəmləmək, süzmək. Bu həlim ilə xəstə yerləri yumaq.

Aybaşı pozğunluğunda 2 x.qaşığı böyürtkən yarpaqlarından 2 stəkan qaynar su töküb gecəni termosda dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq gündə 4 dəfə qəbul etmək.

Dizentiriyada böyürtkənin yarpaqlarından 2-3 x.qaşığı 0,5 litr qaynar suda 4 saat dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq gündə 3-5 dəfə 100 ml içmək.

Oynaqlarda ağrı olanda 2 m-ə qədər böyürtkən budaqları kəsmək, qurutmaq. Xırda doğrayıb üstünə 0,5 l araq tökmək. 30 gün şkafda qaranlıq yerdə saxlamaq. Yeməkdən qabaq gündə 3 dəfə 1 x.qaşığı içmək.


Tarix: 22.08.2012 / 03:11 Müəllif: [Ram] Baxılıb: 1374 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...