Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarağat

Meyvələri və yarpaqları müalicəvi xassəyə malikdir, ona görə də bunlardan təbabətdə istifadə edilir. Meyvələri tam yetişəndən sonra yığılır, əvvəl bir qədər havada, sonra isə 60 C0 temperaturda, sobada qurudulur.

Yarpaqları çiçəkləmə dövründə yığılır və kölgədə qurudulur.

Vitaminlərin mənbəyi kimi avitaminozda və sinqada profilaktika və müalicə məqsədilə istifadə edilir. 15-20 q meyvəsi orqanizmin bir sutkalıq C vitamininə olan ehtiyacını təmin edir. Aterosklerozda və hipertoniyada meyvələri profilaktika və müalicə vasitəsidir.

Xalq təbabətində qurudulmuş meyvələri tərlədici, sidikqovucu, orqanizmin möhkəmliyini artıran vasitə kimi işlədilir. O, mədə- bağırsaq xəstəliklərində (mədə və 12 barmaq bağırsaq xəstəliklərində, mədənin turşuluğu az olanda və s.), qan azlığında, ürəyin ritmik fəaliyyəti pozulduqda, ürək qüsuru və soyuqdəymə xəstəliklərində məsləhət görülür.

Yarpaqlarının həlimi, şişdə, soyuqdəymədə, böyrəkdə və sidik kisəsində daş olanda, titrətmə - qızdırma və revmatizmdə faydalıdır.

Ümumiyyətlə, qara qarağatın meyvələri kimyəvi elementlərlə zəngin olduğu üçün müxtəlif xəstəliklərin müalicəsinə yaxşı təsir göstərir.

Dərmanları. Meyvələrinin çayı: qurudulmuş meyvələrindən iki xörək qaşığı 500 ml qaynar suda bir neçə saat dəmlənir. Gün ərzində 4-5 dəfə vitaminli çay kimi ½ stəkan içilir. Vitaminli mürəbbəsi çox faydalıdır. Onu belə hazırlayırlar. Yetişmiş təzə çiy meyvələri 3 dəfə artıq şəkərlə əl ilə və ya taxta qaşıq ilə əzib qarışdırılır və sərin yerdə saxlanır. Qış boyu soyuqdəymədə, zəiflikdə və başqa xəstəliklərdə 2 çay qaşığı qaynanmış suya töküb içmək məsləhətdir.

Meyvələrinin həlimi (1:10) nisbətində soyuqdəymədə tərlədici kimi istifadə edilir. Gündə bu həlimdən 3-4 dəfə 1 xörək qaşığı içmək.

Yarpaqlarının çayı 1 xörək qaşığı yarpaqlarından 200 ml suda 10-15 dəq dəmlənir, revmatizmə, sidik kisəsinin iltihabında yeməkdən 1saat sonra gündə 3 dəfə bir stəkan içilir.

Qara qarağatın yarpaqları əzələ zəifliyində, qanazlığında, hipertoniyada və başqa xəstəliklərdə istifadə edilir.

Çay: 10-15 qr (2 x.qaşığı) qara qarağatın yarpaqları 1 stəkan qaynar suda 1-2 saat dəmləmək, süzmək. Gündə 3-5 dəfə 1 stəkan bal ilə içmək.

Qrip xəstəliyində 2 x.qaşığı qara qarağatın üstünə 2 stəkan qaynar su töküb termosda gecəni saxlamaq, sonra süzmək. Gündə yeməkdən 30 dəq qabaq 100 ml 4 dəfə 1 x.qaşığı bal əlavə edib içmək yaxşı nəticə verir.

Səs xırıltılı və boğuq olduqda 2-3 x.qaşığı qara qarağat meyvələrini 1 stəkan su töküb 10 dəq. qaynatmaq 1 saat dəmləyib süzmək. Yeməkdən 30 dəq qabaq gündə 3 dəfə hər dəfə 50 ml qəbul etmək.

Qlakoma xəstəliyində qara qarağatın qurudulmuş yarpaqlarından 3-4 qr götürüb 1 stəkan qaynar suda isti yerdə 20 dəq. dəmləmək, süzmək. Adi çay kimi gündə 2-3 dəfə 0,5-1 stəkan içmək məsləhətdir.

Turşuluğu az (aşağı) olan qastritdə:

1.Qara qarağatın 0,5 stəkan şirəsini yeməkdən 20 dəq. qabaq gündə 2-3 dəfə içmək.

2.Qara qarağatın quru meyvəsindən 2-3 x.qaşığı 0,5 l qaynar suda 1-2 saat dəmləmək və süzmək yeməkdən 20 dəq. qabaq gündə 2-3 dəfə 0,5-1 stəkan isti içmək.

Şəkərsiz diabetdə: qara qarağatın yarpaqlarından 2-3 ç.qaşığı 1 litr qaynar suda 1-2 saat dəmləmək, süzmək və tələb olduqca içmək.

Artrit və artroz xəstəliklərində və podaqrada qarağatın yarpaqlarından 2 x.qaşığı götürüb 1 stəkan qaynar suda 20 dəq. dəmləmək. Gündə 2-3 dəfə içmək.

Maddələr mübadiləsi pozulanda, dəri xəstəliklərində qara qarağatın yarpaqlarının çayı, həlimi səmərəlidir.

Çay: 1 x.qaşığı yarpaq 1-2 stəkan qaynar suda 4-6 saat dəmlənir ½ stəkan gündə 3-5 dəfə içilir.

Qara qarağatın həlimi hipertoniyada faydalıdır: 1 stəkan suya 2 x.qaşığı qara qarağat meyvəsini zəif odda 10 dəq. qızdırmaq. 1 saat dəmləmək. Gündə 4 dəfə ¼ stəkan içmək.

Qara qarağatın quru yarpaqlarından çay və ya həlim hazırlanır. Qara qarağatın meyvələrindən ballı içki: 600 qr meyvə ələkdən keçirilir və 5 x.qaşığı bal əlavə edilir. Az-az qazlı su ilə qəbul edilir. Bu içki hipertoniya əleyhinə vasitədir.

Qanazlığında 3-5 qr qara qarağatın yarpaqlarından 1 stəkan qaynar suda 1-2 saat dəmləmək. ½ -2/3 stəkan gündə yeməkdən qabaq 3-5 dəfə içmək.

Qara qarağatın yarpaqları yaxşı sidikqovucu və yel əleyhinə vasitədir. Qara qarağatın yarpaqlarından alınan dərman podaqrada (bədəndə maddələr mübadiləsinin pozulması nəticəsində əmələ gələn oynaq və toxuma xəstəliyi) və oynaqların yel xəstəliyində əhəmiyyətlidir. Bunun üçün 1 x.qaşığı yarpaqları 4-5 saat 1-2 stəkan suda dəmləmək. Gündə 4-5 dəfə yeməkdən qabaq ½ stəkan içmək.

Titrətmə - qızdırmada qara qarağatın meyvə və yarpaqlarının çayı bu vəziyyətdən çıxmağa kömək edir. Çay: 1 x.qaşığı 1 stəkan qaynar suya töküb 1 saat dəmləmək. Yeməkdən qabaq ½ stəkan gündə 2-3 dəfə içmək.

Əsəb xəstəliklərinin inkişafında qara qarağatın yarpaqlarının çayını içmək məsləhətdir.

Çay: 3-5 qr yarpaqları 1 stəkan qaynar suda 1-2 saat dəmləyib ½ -2/3 stəkan gündə 3-5 dəfə içmək.

Zəiflik (arıqlıq) xəstəliyində 2 x.qaşığı qara qarağat yarpaqlarının üstünə 2 stəkan qaynar su töküb 2 saat dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq gündə 3-5 dəfə 100-130 ml qəbul etmək lazımdır.

Qara qarağatın şirəsi hipertoniyada və aterosklerozda müalicə və profilaktika vasitəsi sayılır. Təzə qara qarağat meyvələrinin bal və ya şəkərlə əzilib qarışdırılmışından 1-2 x.qaşığı qara qarağat, yarpaqlarından dəmlənmiş çay ilə içildikdə hipertoniyada faydalıdır.

Şüa xəstəliyində gündə 3 dəfə 1 x.qaşığı qara qarağat yemək faydalıdır. 2-3 x.qaşığı qara qarağat yarpaqlarını 500 ml qaynar suda 1 saat dəmləmək, süzmək. Yeməkdən 30 dəq. qabaq gündə 3-4 dəfə 100-130 ml içmək.

Naxoşluqda (kefsizlikdə) qara qarağat yarpaqlarının çayı uzun müddət içilməlidir.

Qara qarağat immunitet artıran qüvvətli vasitədir.

Qara qarağatın həlimi ishalda və mədə pozğunluğunda səmərəli vasitədir:

20 qr. qara qarağat meyvələrinin üstünə 1 stəkan qaynar su töküb 30 dəq. bişirmək, dəmləmək süzüb gün ərzində 3 dəfəyə içmək.

Güclü öskürəkdə və boğazda xırıltı olanda qara qarağatın meyvələrinin şirəsini içirlər: 1:10 nisbətində şəkərlə qatıb 2 x.qaşığı gündə 3 dəfə içmək.

Qara qarağatın təzə şirəsini qastritdə şəkərsiz içmək məsləhət görürlər. 1/3 stəkan şirə gündə 3 dəfə içmək.

Qara qarağatın meyvələrinin həlimi, baş ağrısında, podaqrada və göy öskürəkdə məsləhət görülür: 2 x.qaşığı quru meyvələri 1 stəkan qaynar suya töküb 10 dəq. qaynatmaq, 30 dəq dəmləmək, süzmək. Gündə 4 dəfə, hər dəfə 2 x.qaşığı 3 həftə qəbul etmək.

Sidikqovucu çay: 1 x.qaşığı qara qarağatın meyvələrini 1 stəkan suya töküb dəmləmək və gündə 3 dəfə ½ stəkan qəbul etmək.

Çay: 1 hissə qara qarağat yarpağı, 1 hissə dazıotu, 2 hissə çəmən yoncasının baş hissəsini qarışdırmaq. Bu qatışıqdan 1 ç.qaşığı 1 stəkan qaynar suya töküb 30 dəq dəmləmək və süzüb içmək. Ümumiyyətlə, klassik doza 1 stəkan suya 1 çay qaşığı götürülür.


Tarix: 22.08.2012 / 03:22 Müəllif: [Ram] Baxılıb: 1160 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...