Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağayarpağı...

Azərbaycanda yabanı halda bitən bağayarpağının 13 növü vardır ki, onlardan 7-si təbabətdə işlədilir. Yer kürəsinə yayılmış 200-ə yaxın növü məlumdur. Onların çoxu alaq otudur. O, qiymətli bitkilərdən biri hesab olunaraq, xalq təbabətində geniş tətbiq olunur. Onun yarpaqlarının tərkibində xolin, kalium, kalsium duzları, selik, yağ və zülali maddələr var, bütün növlərinin təzə yerüstü hissəsi fitonsid və bakterisid xüsusiyyətlərə, tərkibindəki selik bakteriyaları udmaq qabiliyyətinə malikdir.
Əsasən böyük bağayarpağının yarpaqlarından hazırlanan dəmləmə və ekstraktlardan yuxarı tənəffüs yollarının xəstəliklərində istifadə olunur. Onun şirəsi mədə turşuluğunun azalması, 12 barmaq bağırsağın xəstəlikləri zamanı işlədilir. Bitkinin quru yarpaqlarından hazırlanmış tozlar məlhəmlərin tərkibinə daxil edilir, yara və xoraların müalicəsində müvəffəqiyyətlə tətbiq edilir. Bağayarpağının yarpaqları yaradakı irini azaldır, iltihabı aradan qaldırır, dərinin epitelləşməsini və çapıqlaşmasını tezləşdirir. Bu, bitkinin antibakterial təsiri ilə əlaqədardır.

bağayarpağı (plantago major)İltihab əleyhinə antiseptik təsir göstərir, bronx vəzilərinin sekresiyasını artırır, bəlğəmi yumşaldaraq tənəffüs yollarından evakuasiyasını asanlaşdırır. Şirəsinin xora əleyhinə mədə sekresiyasını artırmaq xüsusiyyəti var. Həmçinin kəskin və xroniki laringit, bronxit, bronxial astma, xroniki qastrit, mədə və onikibarmaq bağırsağın normal və ya sekresiyanın azalması ilə müşayiət olunan xora xəstəliyində, xroniki enterit, kolitdə təyin olunur. Astma üçün də xeyirlidir. 1 xörək qaşığı quru və ya təzə böyük bağayarpağının üzərinə 1 stəkan qaynar su tökərək 15 dəqiqə saxlayıb süzürlər. Ondan gündə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edirlər.

Belə resept də istifadə etmək olar: 3 xörək qaşığı xırdalanmış təzə yarpaqları 3 xörək qaşığı balla və ya şəkər tozu ilə qarışdıraraq 4 saat bağlı qabda isti plitədə qızdırırlar. Bu şərbətdən gündə 4 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı qəbul edirlər. Bağayarpağı həlimi tənəffüs orqanları xəstəliyində bəlğəmli öskürəyə qarşı bir vasitədir. Həmçinin bronxial astmada və vərəmdə istifadə edilir. Aterosklerozun müalicəsi zamanı da istifadə olunur. 1 xörək qaşığı xırdalanmış quru bağayarpağı üzərinə 1 stəkan qaynar su tökürlər. 10 dəqiqə saxladıqdan sonra süzürlər. Dozanı 1 saat ərzində qurtumlarla içirlər. Belə resept də istifadə etmək olar: tər yarpaqları diqqətlə yuyurlar, kəsərək şirəsini çıxarırlar. 1 stəkan şirəni həmin qədər balla qarışdıraraq 20 dəqiqə qaynadırlar. Onu gündə 2 - 3 xörək qaşığı qəbul edirlər. Sistit zamanı isə 2 çay qaşığı bağayarpağı toxumlarından yuyurlar, üzərinə 1 stəkan qaynar su tökərək 10 dəqiqə saxlayırlar. Acqarına 1 çay qaşığı qəbul edirlər.


Tarix: 10.12.2014 / 16:56 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...