Zirinc dərman bitkisi kimi qədim zamanlardan məlumdur. Misirdə qazıntılar zamanı tapılan yazılarda bizim eradan 650 il əvvəl zirincin meyvələrini «Qan təmizləyən» kimi göstərmişlər. Bu bitkinin müalicəvi əhəmiyyəti hələ bundan əvvəl Hindistanda məlum idi. Təcrübələrlə müəyyən ediblər ki, zirincin dərmanları ödün axınını yaxşılaşdırır, ağrı və iltihab prosesini azaldır.
Bolqarıstanda qabıqları və kökləri qaraciyər xəstəliklərində, qaraciyərdə daş olanda, sarılıqda, böyrək iltihabında, revmatizmdə və radikulitdə istifadə edilir.
Amerikada zirincin dərmanları qaraciyər və öd kisəsi xəstəliklərində müalicə vasitəsi kimi işlədilir.
Fransada zirincin meyvələri həzm orqanlarının fəaliyyətini stimullaşdıran və arteriya təzyiqini aşağı salan vasitə kimi tətbiq edilir.
İngiltərədə zirinc daxili qanaxmaları kəsən vasitə kimi işlədilir. Meyvələri kəskin mədə-bağırsaq xəstəliklərində, xüsusən, isalda və hamilə qadınların qusmasında istifadə edilir.
Avstriya təbabətində qaraciyər və öd yolları xəstəliklərində ödqovucu vasitə kimi, isalda və yüksək vitaminli (C) dərman kimi zirincdən istifadə edilir.
Almaniyada zirincin həlimi, siropu və tinkturası mədə-bağırsaq sistemi xəstəliyində, ağciyər xəstəliyində, xüsusilə öskürəkdə istifadə edilir.
Polşada zirincin yarpaqları ən sevimli dərman vasitəsidir. Qan axması ilə müşahidə olunan qaraciyər və mədə xəstəliklərində tətbiq edilir.
Rus xalq təbabətində meyvələri və köklərinin qabıqları qanaxmanı kəsən, isal əleyhinə və öd qovan, həmçinin iştahaçan vasitə kimi işlədilir.
Özbəkistan xalq təbabətində zirincin meyvələri ürək əzələlərini möhkəmləndirən, hərarəti aşağı salan, susuzluğu kəsən və ishal əleyhinə vasitə kimi istifadə edilir.
Bütün dünya ölkələrinin müasir təbabətində zirincin müalicəvi xassələri qəbul edilir. Bu bitkinin dərmanlarından daxili qanaxmalarda, qaraciyər, öd kəsisəsi və mədə-bağırsaq traktının xəstəliklərində istifadə edilir. Zirincin tərkibindəki alkoloidlər qan təzyiqini aşağı salır, ürəyin fəaliyyətini tənzimləyir, mədəni, qaraciyəri və ürəyi qüvvətləndirir, həmçinin qaraciyər zəifliyində olan isala qarşı faydalıdır.
Bu bitkidə (meyvələrindən başqa) sarı berberin vardır, onu çox doza qəbul etdikdə o zəhərli, az doza qəbul etdikdə müalicəvidir. Azərbaycanda zirinci qurudub əzərək kabab yeyərkən sumax kimi istifadə edirlər.
Zirincin preparatları qaraciyər və ödyolları və öddaşı xəstəliklərində və uşaqlıqdan qan axanda istifadə edilir. Zirincin meyvələri iştahanı açır, susuzluğu yatırır, skleroz əleyhinə xassəyə malikdir. Azərbaycanda soğanla zirincdən şoraba hazırlanır və bu çox xeyirli turşudur.
Preparatları – yarpaqlarının 40%-li araqda cövhərindən (1:5) 30-40 damcı gündə 2-3 dəfə, akuşer ginekoloji təcrubədə qankəsici kimi, qaraciyər və öd yolları xəstəliyində də təyin edilir. Hamilə vaxtı bu dərmanı qəbul etmək olmaz.
Yarpaqlarının həlimi – yarpaqlarının üstünə (1:20) qaynanmış su töküb su hamamında 15 dəqiqə qızdırılır. Gündə 3-4 dəfə bir xörək qaşığı qəbul edilir. Zirincin kökləri Zdrenkon toplusuna daxil olur ki, bundan da bəzi bəd şişlərin müalicəsində istifadə olunur. Köklərinin qabıqları xolelitin dərmanının tərkibinə daxil olur ki, bunu da öd daşı xəstəliklərində, xolosisitdə, sarılıqda təyin edirlər. Köklərindən berberin alırlar ki, bu da berberin bisulfat həbləri hazırlamağa imkan verir. Berberin bisulfat qan təzyiqini aşağı salır, sakitləşdirici təsirə malikdir, sidikqovucu, ödqovucu və iltihab əleyhinə vasitədir. Xalq təbabətində mədə və 12 barmaq yarası xəstəliyində meyvələrinin həlimini içirlər.
Zirincin yarpaqlarının arağı qaraciyər xəstəliklərində müsbət nəticə verir. 10%-li arağından 25-30 damcı gündə 3 dəfə yeməkdən qabaq 1-2 ay içmək. Bundan başqa profilaktika məqsədi ilə ildə 2-3 dəfə 4 həftəlik kurs təyin edilir. Zirincin köklərinin qabığının həlimi qaraciyər, öd kisəsi xəstəliklərində və dalaq böyüməsində qəbul edilir.
Həlim: 1 çay qaşığı kökləri və ya qabıqları 2 stəkan qaynar su tökülərək, 5 dəqiqə qaynadılır, dəmlənir, süzülür, yeməkdən qabaq gündə 3 dəfə ½ stəkan içilir.
Zirincin yarpaqlarından, köklərindən və qabıqlarından hazırlanan dərmanlar arterial təzyiqi aşağı salır, ürək döyüntüsünü stabilləşdirir.
Arağı: köklərinin və ya qabıqlarının 25%-li arağından 30 damcı gündə 3 dəfə qəbul edilir.
Cövhər:1 çay qaşığı yarpaqlarından 1 stəkan qaynar suda dəmləyib gündə 3 dəfə yeməkdən qabaq ½ stəkan içilir.
Öd daşı xəstəliyində:
Zirincin xırdalanmış köklərindən 1 çay qaşığı 1 stəkan qaynar suya töküb termosda 3 saat dəmləmək, süzmək. Yeməkdən 20 dəqiqə qabaq 1 xörək qaşığı gündə 4 dəfə qəbul etmək.
Zirincin köklərindən, qabıqlarından və yarpaqlarından hazırlanan dərmanlar arterial təzyiqi aşağı salır, ürək damarlarının yığılma ritmini bərpa edir. Köklərinin və ya qabıqlarının 25%-li arağından 30 damcı gündə 3 dəfə qəbul edilir.
Kardiosklerozda 1-2 çay qaşığı zirinc yarpaqlarını 2 stəkan qaynar suda 2 saat dəmləmək, süzmək, yeməkdən 30 dəqiqə qabaq gündə 3-4 dəfə 70-100 ml içmək.
Podaqra (duz yığılması) xəstəliyində 25 qr zirinc qabıqlarını 100 ml 70% spirtdə10 gün qaranlıqda saxlamaq, süzmək. Yeməkdən qabaq 30 damcı gündə 3 dəfə qəbul etmək.
Adi zirincin yarpaqlarının araqda dəmlənmişi öd kisəsi və sidik yolları xəstəliklərində qəbul edilir. Bu araq sarılıq olmadıqda öd daşı xəstəliyində səmərəlidir. Araq (1:10) 25-30 damcı yeməkdən qabaq gündə 3 dəfə qəbul edilir.
Adi zirincin kökləri, köklərinin qabığı və yarpaqları qaraciyər və öd kisəsi xəstəliklərində istifadə edilir. Kökləri və ya köklərinin qabığının 25%-li arağı qəbul edilir. Bu araqdan 30 damcı yeməkdən qabaq gündə 3 dəfə içilir.
Meteorizmdə (qarın köpü) 2 xörək qaşığı zirinc köklərini 2 stəkan su töküb 5 dəqiqə qaynadıb, 2 saat dəmləmək, süzmək. Yeməkdən 20 dəqiqə qabaq 100 ml gündə 4 dəfə qəbul etmək.
Pankreatit xəstəliyində zirincin köklərindən 100 qr 500 ml arağa töküb 10 gün qaranlıq isti yerdə dövri qarışdırmaqla saxlamaq, sonra süzmək. Yeməkdən 40 dəqiqə qabaq gündə 3 dəfə 1 çay qaşığı qəbul etmək.
Hipertoniyada: arterial təzyiqi aşağı salmaq üçün zirincin köklərindən və qabıqlarından 30 qr götürüb 200 ml araqda otaq temperaturunda qaranlıq yerdə 20 gün saxlamaq. Gündə 3 dəfə 1 xörək qaşığı qəbul etmək. Müalicə kursu 2-3 həftədir.
Zirincin budaqlarının və köklərinin qabığı qanın təzyiqini aşağı salan, ürəyin yığılmasını azaldan və onun amplitudasını artıran dərman maddəsidir. 25%-li arağından yeməkdən qabaq gündə 3 dəfə 30 damcı qəbul edilir.
Şüa xəstəliyi zamaı zirincin meyvələrindən gündə 3 dəfə 1 çay qaşığı qəbul etmək lazımdır.
Təzyiqi aşağı salan! 2 hissə itburnunu toxumunu kofe əzəndə yaxşı əzmək. 1 hissə zirinc meyvəsi. Bu qatışıqdan 2 x.qaşığı termosa töküb üstünə 0,5 litr qaynanmış qaynar su tökmək, gecə termosda dəmləmək, səhəri süzmək. Şəkər (diabet) yoxdursa 1 çay qaşığı bal töküb içmək. Gün ərzində içmək və təzyiqi yoxlamaq. Təzyiq normaya düşəndə fasilə etmək.
Tarix: 22.08.2012 / 03:15 Müəllif: [Ram] Baxılıb: 1991 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər