Atlanta Oyunlarında idmançılarımız ilk dəfə olaraq müstəqil dövlətimizin bayrağı altında çıxış edəcəkdilər. Olimpiya Oyunlarının açılış mərasimində ilk dəfə Azərbaycanın adı səslənəcəkdi. Bu oyunlarda idmançılarımızın əldə edəcəkləri nailiyyətlər isə bu dəfə birbaşa Azərbaycanın adına yazılacaqdı.
Müstəqil Azərbaycanda Atlanta Oyunlarına hazırlıq işlərinə 1994-cu ildə Gənclər və idman Nazirliyi yaradıldıqdan sonra başlanmışdı. 1995-ci ilin fevralında ölkə prezidenti Heydər Əliyev "1996-ci ildə Amerika Birləşmiş Ştatlarının Atlanta Şəhərində keçiriləcək XXVI Yay Olimpiya Oyunları hazırlıq haqqında" sərəncam imzaladı. Bu sərəncama əsasən təşkilat komitəsi yaradıldı. Hazırlıq dövrü və lisenziya yarışları başa çatdı. Azərbaycan idmançılarının qazandıqları lisenziya və alınmış dəvət kartlarına əsasən ölkəni Atlantada 23 idmançı təmsil etməli idi. Əlbəttə, daha çox lisenziya uğrunda mübarizə aparmaq olardı. Lakin müstəqilliyinin birinci beş ilini yaşayan ölkəmizin ilk dəfə Olimpiya Oyunlarında 23 idmanci ilə təmsil olunması da nailiyyət idi.
1996-ci il iyunun 29-da Zuğulbadakı Gənclik idman kompleksində olimpiyaçılarla ölkə prezidentinin görüşü keçirildi. Yolasalma mərasimində Azərbaycan prezidenti Heydər Əliyev nitq söylədi. O, Azərbaycanın idman ənənlərindən, idmançılarımızın SSRİ yığmasının tərkibində Olimpiya Oyunlarında iştirakından bəhs edərək idmançılara müracətlə qeyd etdi: "Sizin, yani Azərbaycan Respublikası komandasının XXVI Olimpiya Oyunlarında iştirak etmasi özü ələmətdar bir hadisədir. Siz oradan hansı nailiyətlərlə qayidacaqsınızsa, bu məsələnin ikinci tərəfidir. Birinci tarafı ondan ibarətdir ki, siz XXVI Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək hüququ qazanmısınız və Azərbaycan xalqı adından dünya Olimpiya Oyunlarında iştirak edəcəksiniz. Ancaq hər birimiz, güman edirəm, Azərbaycanm hər bir vətəndası sizin orada iştirakmızın nəticələrini gözləyəcək." Respublika prezidenti çıxışının sonunda idmançılara müraciətlə dedi: "Əminəm ki, siz qarşınızda qoyulan vezifələri uğurla ye-rinə yetirəcəksiniz, Atlanta şəhərində müstəqil Azərbaycanın bayrağım yüksəyə qaldıracaq, Azərbaycan Respublikasının şan-şöhrətini dünyaya yayacaqsınız və böyük nailiyyətlərlə Vətənimizə, ölkəmizə, torpağımıza qayıdacaqsınız."
Sonra Barselona Olimpiadasının qalibi Nazim Hüseynov, güllə atıcılığı üzrə dünya çempionatının mükafatçısı İradə Aşumova Azərbaycanın idman şöhrətini ləyaqətlə qoruyacaqlarına and içdilər. Güləş üzra Avropa çempionu Namiq Abdullayev da idmançılar adından Olimpiya Oyunlarında Azərbaycanı ləyaqətlə təmsil edəcəklərinə and içdi.
Olimpiadanın açılış mərasimi iyulun 4-də oldu. Mərasimdə respublikamızın bayrağını cüdo üzra Olimpiya çempionu Nazim Hüseynov aparırdı.
Azərbaycanı yarışlarda 4 nəfər yüngül atlet (Elvira Cabbarova, Arif Axundov, Vasif Əsadov, Aleksey Fatyanov), 2 nəfər yunan-Roma güləşçisi (Vilayət Ağayev və Tahir Zahidov), 6 nəfər sərbəst güləşçi (Namiq Abdullayev, Arif Abdullayev, Elşad Allahverdiyev, Məmmədsalam Haciyev, Məhəmməd İbrahimov, Davud Məhəmmədov), 2 cüdoçu (Nazim Hüseynov, Zülfiyyə Hüseynova), 2 boksçu (Ədalət Məmmədov, İlham Kərimov), 2 ağır atlet (Asif Məlikov, Tofiq Heydərov), qılıncoynadan Elxan Məmmədov, üzgüçü Emin Quliyev, suyatullanan Emin Cəbrayilov, atıcılıq idmanında İradə Aşumova və Sergey Timoxin təmsil etdilər. İdmançılarımız on bir idman yarışı proqramında güclərini sınadılar.
Barselona oyunlarının çempionu cüdoçu Nazim Hüseynovun Atlantada da müvaffəqiyətla çıxış edəcəyi gözlənilirdi. Hər halda onun rəqibləri olimpiya çempionu ilə qarşılaşacaqdılar. Lakin belə olmadı 60 kq çeki dərəcəsində çıxış edən cüdoçumuz ilk görüşdə Argentina idmançısına qalib gəlsə də, ikinci qarşılaşmada özündən qat-qat zəif olan Meksika idmançısına uduzdu. Görüşün sonuna bir-neçə saniyə qalmış xəbərdarlıq alan idmançımız tatamini məğlubiyyətlə tərk etdi.
Olimpiya Oyunlarında ilk dəfə çıxış edən Zülfiyyə Hüseynova samboda dəfələrlə dünya və Avropa çempionu olmuşdur. Lakin cüdo ilə sambo yarışları arasında fərq böyükdür. Həm də mübarizə artıq olimpiya çempionu adı uğrunda gedirdi. 56kq səkidə qadınlar arasındakı yarışda ilk görüşü kiçik fərqlə uduzan Zülfiyyə yarışı təsəlliverici qrupda davam etdirməli oldu. Macar idmançısı Pekli Mariani udduqdan sonra cüdoçumuz belçikalı idman-çıya uduzdu. Buna baxmayaraq Zülfiyyə öz çəki dərəcəsində ən güclü səkkiz cüdoçu arasında yeddinci ola bildi. Onun Olimpiya Oyunlarındakı ilk çıxışı pis olmadi.
Atlanta Olimpiadası Azərbaycan boksunun Olimpiya Oyunlarındakı debutu ilə də əlamətdar oldu. İki boksçumuzdan İlham Kərimov birinci görüşdə İsveç idmançısına uduzaraq yarışdan çıxdı. Ağır çəkili, çəkisi 91 kq-dan çox olan boksçular arasında yarışda idmançımız Ədalət Məmmədov yarımfinala kimi bütün döyüşlərini yüksək səviyyədə keçirdi və tamaşaçıların rəcbətini qazana bildi.
Yarımfinala çıxmaq üçün Ədalət Nigeriya boksçusu ilə qarşılaşdı. İlk dəqiqələrdən üstünlüyü ələ alan Ədalət rəqibini iki dəfə nokdaun vəziyyətinə sala bildi. Adatən döyüşün ilk dəqiqələrini daha fəal keçirən boksçumuz görüşün taleyini tez həll etmək taktikasına üstünlük verdi. Nigeriyalı ilə döyüşdə isə o, buna nail ola bilmədi. Üstünlük Nigeriya boksçusunun əlinə keçdi və görüş onun qələbəsi ilə də nəticələndi. Ədalət Məmmədov 5-ci yerlə kifayətlənməli oldu.
Yüngül atletika yarışlarında Elvira Cəbbarova 100m məsafəyə yrışda 11,96 san, Arif Axundov isə 11.11 san nəticə göstərdilər. Vasif Əsadov uç təkənla uzununa tullanmada 16,21m, Aleksey Fatyanov isə 16,14 m nəticə göstərə bildilər.
İradə Aşumova 10m məsafəyə kiçik çaplı tapança ilə atəşaçma yarışında 10-cu, 25 m məsafəyə atəşaçmada isə 15-ci yeri tutdu. Digər atıcımız, stenda atıcılıgı yarışlarda çıxış edən Valeri Timoxin 38-ci yerəa kifayətləndi. 10 metrlik platformadan suyatullanma yarışlarında Emil Cəbrayilov 37 idmançı arasında 27-ci oldu. Güləş üzrə yarışlar Olimpiya Oyunlarının son günlərində keçirildi. Yunan-Roma üsulu ilə güləşən hər iki idmançımımız - Tahir Zahidov və Vilayət Ağayev qrup yarışlarından irəli gedə bilmədi. Azərbaycanı sərbəst güləş yarışlarında altı idmançı təmsil edirdi. Onlardan Arif Abdullayev, Elşad Allahverdiyev, Məmmədsalam Haciyev, Davud Məhəmmədov qrup yarışlarından sonra mübarizəni dayandırmalı oldular. 82 kq çəki dərəcəsində çıxış edən Məhəmməd İbrahimov iəa birinci səkkiz idmançı arasında 5-ci oldu.
Komandamızın ən yüngül çəkili güləşçisi, ikiqat Avropa çempionu Namiq Abdullayev isə ona olan ümidləri doğrultdu. Namiq yüksək texnika və əzmkarlıq nümayiş etdirdi. O, ABŞ idmançısı Lou Rosselli, yapon Sasayama Hideonu, özbək Açilov Ədhamcanı, iranlı Qulamrza Məhəmmədi üzərində inamlı qələbə qazanaraq finala çıxdı. Finalda bolqar İordanovla Namiqin görüşü çox ağır keçdi. Çətin mübariza İordanovun qələbəsi ilə başa çatdi. Beləliklə, Namiq gümüş medal qazanmış oldu. Bu, Azərbaycan pəhləvənlarının Olimpiya Oyunlarında sərbəst gıuləş üzrə qazandığı ikinci, müstəqil Azərbaycan bayrağı altında qazanılmış birinci medal idi. Atlanta Oyunlarında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutdu. Oyunlar başa çatdıqdan sonra vətənə dönmüş idmançıları Azərbaycan prezidenti Heydər Əliyev qəbul etdi.
Tarix: 12.02.2015 / 15:50 Müəllif: Feriska Baxılıb: 184 Bölmə: Ümumi