Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti (kitab)

"Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti" — 1919-1920-ci illərdə Versal Sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin Parisdə nəşr etdirdiyi üç kitabdan biri.
Məzmunu
Kitabda Azərbaycanın və xüsusilə də Bakının iqtisadi və maliyyə vəziyyəti təsvir edilmişdir.

Rəqəmlər və faktlar əsasında dəqiq məlumatlar bu kitab vasitəsilə Versal Sülh konfransının iştirakçılarına çatdırılır.

Kitabın ayrıca bölməsində gəlir və xərclər, gömrükdən gələn mənfəətlər, fövqəladə xərclər haqqında ətraflı məlumat verilmişdir.

1919-cu ilin büdcəsi
Azərbaycan Demokratik Respublikasının 1919-cu il üçün büdcəsi də kitaba daxil edilmişdir. Büdcədən aydın olur ki, gəlir və xərclər bərabər, yəni 665 milyon rubl olmuşdur. Bu rəqəmlərdən maraqlı bir fakt aydınlaşır: Gənc respublika ağır iqtisadi və siyasi şəraitdə yaşasa da, xalq təhsilinə xüsusi fikir verilmiş, onun inkişafı üçün 45 milyon rubl ayrılmışdır. Yalnız hərbi sahə üçün ayrılan 140 milyon rubl məbləğindəki xərc xalq təhsilinə, maarifə ayrılan xərcdən çoxdur. Kitabda verilmiş rəqəmlərdən o da aydın olur ki, xalq maarifinə ayrılmış xərc kənd təsərrüfatına ayrılan xərclərə bərabərdir.


Tarix: 12.02.2015 / 14:38 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Ümumi
loading...