Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmmədalı bəy Qazılı Ailəsi

Məhəmmədalı bəy iki dəfə ailə həyatı qurmuş, oğlu olmamışdır. Onun birinci evlilik həyatından Gülsabah xanım adlı bir qız övladı dünyaya gəlmişdir. O, ikinci dəfə Seyidli oymağının Kərbəlayi Miralılar nəslindən olan Məşədi Xırda xanım Ağamalı qızı ilə ailə həyatı qurmuş, Mənzər və Mələk adlı qızları anadan olmuşdur. Məhəmmədalı bəyin bu iki qızı yeniyetmə yaşlarında öz istedadları ilə Xurşidbanu Natəvanın diqqətini cəlb etdiyi üçün onun evində təşkil edilən qadın ədəbi məclislərinin iştirakçıları idilər. Sonralar Mənzər xanım Xurşidbanu Natəvanın yaxın rəfiqələrindən sayılmışdır. Mənzər xanım zəmanəsinin oxumuş, savadlı xanımlarından idi. O, deyilənə görə, bir neçə musiqi alətini gözəl çalarmış. Qarmon onun istifadə etdiyi musiqi aləti idi. Mənzər xanımın kiçik bacısı Mələk xanımın da deyilənə görə, gözəl səsi olmuşdur. [4]

Mənzər xanım Seyidlinin Şərifli nəslindən olan Qasım bəy Şərif bəy oğluna ərə getmişdir. Mələk xanım Qarabağın ağır seyidlərindən sayılan Seyid Həşim Seyid Qara Məhəmməd oğlu ilə ailə qurmuşdur.

Tanınmış maarif xadimi, müdrik el ağsaqqalı Məmməd Murtuza bəy oğlu Məmmədovun anası Seyidə xanım Məhəmmədalı bəyin nəvəsidir.

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Mələk xanımın nəticəsi, Məhəmmədalı bəyin kötücəsdir


Tarix: 08.01.2015 / 02:38 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Ümumi
loading...