Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncə hücumu

General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. «Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmrandır. Bax, buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malikdir».

Gəncə xanlığı XVIII əsrin 90-cı illərindən rus dövləti ilə səmimi diplomatik münasibətlər saxlayırdı. Sisianovun Rusiyanın himayəsini qəbul etmək tələbinə Cavad xan belə cavab verdi: «1796-cı ildə sənin padşahın fərman göndərdi, mən də onun təklifini qəbul edib qalanı təhvil verdim. Əgər indi isə sənin padşahın belə bir fərman veribsə, onun mənə göstər, mən də onun iradəsini görərək, buna uyğun hərəkət edərəm».

Sisianov Rusiya hakimiyyətinin qəbul etmiş digər xanlıqlardan fərqli olaraq Gəncə xanlığına qarşı daha amansız tələblər irəli sürürdü. O, Cavad xandan ildə 20 min çervin, Şəki, Qarabağ və Şirvan xanlıqları üçün müəyyən edilmiş məbləğdən 3 dəfə çox ödənc tələb edirdi. O, 11 topu olan piyada batalyonu, 3 eskadron, 2 kazak yüzlüyündən ibarət qoşunu Gəncə üzərinə yeritdi. Bütün bu qoşunlara general Portnyagin rəhbərlik edirdi.

Lazarev 1803-cü il yanvarın 9-da iki nəfər erməninin məktubuna əsaslanaraq Sisianova yazırdı: «Bütün Gəncə erməniləri rus ordusunun gəlişini səbirsizliklə gözləyirlər. Gəncə xanın ehtiyat tədbiri yalnız ondan ibarətdir ki, Şəmkirədək olan yola hər gün on nəfərlik süvari mühafizə dəstəsi nəzarət edir». Hələ 1802-ci il sentyabrın 26-da imperator Sisianov yazırdı: «Nəyin hesabına olursa-olsun Azərbaycanın bu və ya digər xanlıqlarına hücumda ermənilərdən geniş istifadə etmək lazımdır. Xüsusilə Rusiyaya daha sədaqətli erməni keşişçi Danil ola bidər».

İşğal ərəfəsində Sisianovun Cavad xana sonuncu 5 məktubu, hədələyici, təhqiramiz tonda idi. Hələ Zubov Azərbaycana yürüş edərkən o, Gəncə qalasının açarını alıb gürcülərə vermişdir. Bu cavab xana çox toxunmuşdur. O, Azərbaycanı tərk edərkən çoxlu pul hesabına Gəncə qalasının açarını gürcü knyazından geri almışdı. O, həm də Cavad xan məktubu elə tonda yazırdı ki, guya Gəncə əvvəllər gürcü torpağı olmuşdur.

Sisianov 1803-cü ilin dekabrında Cavad xan təslim olmaq haqqında verdiyi Ultimatuma belə cavab aldı: «Nə hədlə belə danışırsan, mən ki, sənə tabe deyiləm… Elə bu gün cavab ver» - bun ə deməkdir? Heç nökərlə də belə rəftar etməzlər. Bu bir. O ki, qaldı şəhərin təhvil verilməsinə, xam xəyaldan əl çək. Gəncəyə yalnız meyidlərin üstündən kəsə bilərsən. Bildin? Mən öləndən sonra özgə cür yox». 1804-cü il yanvarın 3-də orucluq bayramı axşamı sübh çağı Gəncə qalasına hər tərəfdən od yağdırıldı. Hücum zamanı mayor Dmitri Lisaneviç Cavad xanı öldürdü. Onun oğlu Hüseynqulu ağa da qəhrəmancasına həlak oldu. Lisaneviç polkovnik hərbi rütbəsi aldı. Bu həmin Lisaneviçdir ki, 1806-cı ildə Qarabağ hakimi İbrahim xanın 17 nəfər ailə üzvünü xaincəsinə yatdığı yerdə öldürmüşdür. Lakin günahsız qan yerdə qalmadı. O, 1825-ci il iyunun 22-də Kümüklü knyazı Musa Xasıyev tərəfindən öldürüldü. Deyilənə görə, İbrahim xanın Dağıstandakı qohumları intiqam almışlar.

Gəncə ruslar tərəfindən fəth olunarkən verilən itkilər də müxtəlif mənbələrdə fərqli göstərilir. Firudin Əsədov və Sevil Kərimova «Çarizmi Azərbaycana gətirənlər» kitabının 63-cü səhifəsində yazırlar: «Gəncə döyüşündə 1500 nəfər gəncəli öldürülmüş, 800-ə qədər adam Əsir götürülmüşdür. Ruslar öldürülmüş gənclilərin meyidlərini yandırmışlar». Lakin Z.Bünyadovun redaktorluğu ilə «Azərbaycan tarixində yazılır: «Hücum zamanı xanın döyüşçülərindən 250 nəfər həlak oldu, 500-ü isə əsir alındı».

Məlum olduğu kimi Cavad xanın arvadlarından Bəyim xanım şəkili Məhəmmədhəsən xanın bacısı idi. Buna görə də o, yanvarın 8-də Cavad xanın əsir götürülmüş ailə üzvlərini azad edib Şəkidə yaşamağına Sisianovdan icazə istəyir. Lakin türkün qəddar düşməni bunu rədd edir. 1812-ci ilin fevralında Gürcüstan bölgəsi üzrə baş komandan təyin edilmiş Markiz Panluççi Abbas Mirzəyə yazır: «Gürcüstanı və ona bitişik vilayətləri idarə etməyə başlayarkən mən Yelizavetpol mərhum Cavad xanın qohum-əqrabasına rast gəldim. Öz vətəninə layiqincə xidmət edən adamları sevdiyim üçün Cavad xana hann qazandırıram. O, şəhəri müdafiə edərək, əlində silah həlak olmuşdur. Mənim Cavad xana olan dərin hisslərimi və xüsusi hörmətimi nəzərə alaraq, onun nəslindən olanların hamısına azadlıq verdim ki, İrana köçsünlər».

Markiz Paulluççinin qraf Rumyantsevə 7 aprel 1812-ci il tarixli məktubundan: Cavad xanın arvadlarından biri Bacı xanım Qarabağda qızının yanında qalmağı arzulamışdı. Mən ona Qarabağa köməyə izn verdim. Xanın digər arvadı Şükufə xanım, qızları Xatun bəyim, Balaca Bəyim, nəvəsi Mesaib ağa, anası Tutu, Cavad xanın oğlu Uğurlu xanın qızı və üç xidmətçisi İrana köçdülər. Gəncənin alınması rus qoşunlarının digər feodal dövlətlərini tabe etmək məqsədilə Azərbaycanın içərilərinə doğru irəliləməsi üçün böyük əhəmiyyət kəsb etdi. Gəncə xanının vassal asılılığında olan Samux hakimi Şirin bəy Gəncənin süqutundan sonra Rusiyav təbəəliyini qəbul etməyə məcbur oldu. O, hər il Rusiyaya 1000 çervon, yəni 3 min manat bac verməyi öhdəsinə götürdü.

1804-cü ilin mayında «rusların sürətli uğurlarına dəhşətlə baxan» Fətəli şah başda olmaqla İranın yuxarı feodal təbəqələri rus qoşunlarının Zaqafqaziyadan çıxarılmasını tələb etdi. Tələb rədd olundu. 1804-cü il iyulun 10-da Rusiya ilə İran arasında diplomatik əlaqələr kəsildi.


Tarix: 08.01.2015 / 01:31 Müəllif: Feriska Baxılıb: 208 Bölmə: Ümumi
loading...