Qalanın xarabalıqları Gəncə şəhərinin yaxınığında yerləşir.Şəhər yerində müxtəlif dövrlərdə arxeoloji qazıntı işləri aparılsa da bu işlər tamamilə yekunlaşdırılmayıb.Qazıntılar zamanı qala divarlarının bir hissəsi,şəhərin müxtəlif ictimai binalarının qalıqları və çoxlu maddi mədəniyyət nümunələri aşkarlanıb.Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarlar kərpicdən inşa edilib.Ümumiyyətlə qədim Gəncə şəhər yerinin erkən orta əsrlər dövründə inkişafa başladığı,Nizami Gəncəvi dövründə ən yüksək inkişaf mərhələsinə çatdığı,monqol yürüşləri zamanı dağıdılaraq tənəzzülə uğradığı bildirilir.Lakin sonradan şəhər yenidən bərpa edilərək böyük ticarət mərkəzinə çevrilmişdi.
Gəncə şəhər yerində 1949-cu ildən etibarən professor İshaq Cəfərzadənin başçılığı ilə arxeoloji qazıntı işləri aparılıb.Hal-hazırda da bu abidədə tədqiqatlar davam edir.Hal-hazırda Gəncə arxeoloji ekspedisiyasının rəhbəri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "İlk orta əsrlər arxeologiyası" şöbəsinin müdiri,Arif Məmmədovdur.
Tarix: 08.01.2015 / 01:35 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Ümumi