1 avqustda Bakı Kommunasının devrilməsindən sonra Muğanda İlyaşeviç tərəfindən elan edilən diktatura Anton Denikinə sadiq olduqlarını elan etdi. Qafqaz İslam Ordusunun Bakıya həmlə etdiyi bir vaxt, ordunun bir hissəsi də cənuba yönəlmişdi. 3 sentyabr 1918-ci ildə Qaçaqkənd yaxınlığında leytenant Xoşev başçılığındakı diktaturanın ordusu türkləri geri qovmağı bacarmışdı.[1] 17 noyabr 1918-ci ildə Bakıya gələn general Tomsonun nümayəndələri diktaturanı rəsmən tanımışdı. 1919-cu ilin yanvarında Anton Denikinin nümayəndələri Lənkərana gəlmiş, lakin Muğanlıların tələblərini nəzərə almadıqları üçün bu dəfə Muğan diktaturası Lazar Biçexarovu sadiqlik elan etmişdi.[2] 25 aprel 1919-cu ildə Lənkəranda çevriliş oldu və Muğan Sovet Respublikası yaradıldı, İlyaşeviç həbs olundu. Diktaturaya sadiq qüvvələr Lənkəranı tərk edərək Muğana keçdilər. 1919-cu ilin iyun ayında leytenant Xoşev Lənkərana hücum edib sovet respublikasını devirmək istəsə bacarmadı. İyunun 17-si isə ADRə sadiq olan Hüseyn Ramazanovun dəstələri, İrandan gələn köməkçi qüvvələrlə Astaranı ələ keçirmişdi. Lakin 23 iyul 1919-cu ildə diktatura ordusu şimaldan, ADR ordusu isə cənubdan hücum edərək Muğan Sovet Respublikasına son verdilər. Sovet respublikasına sadiq qüvvələr Sarı adasına çəkildi. Şəhər avqust ayının 8-inə kimi yenidən leytenant Xoşevin ordusunun əlinə keçdi.
Tarix: 08.01.2015 / 02:34 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Ümumi