Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

A.Bakıxanov adına Tarix İnstitutu - Əldə etdiyi elmi nəticələr

1997-2003-ci illərdə Azərbaycan tarixinin müxtəlif problemlərini əks etdirən 50 monoqrafiya və kitab, 300-dən artıq məqalə çapdan çıxmışdır. Bunlardan ən mühümü 7-cildlik Azərbaycan tarixinin I, II, III, IV, V, VI cildlərini, "XX əsrin əvvəllərində Azərbaycanın siyasi partiyaları (1900-1917-ci illər)", "Azərbaycan Xalq Cumhuriyyəti" (Azərbaycan və rus dillərində), "Türklərə qarşı erməni terrorizmi" (ingilis dilində), "Azərbaycan Respublikası. Əsrə bərabər on il. 1991-2000", "Bərdə şəhərinin tarixi (b.e.ə III əsr - b.e. XVIII əsri)", "Quba tarixi" və s. göstərmək olar. 2004-2011-ci illərdə Azərbaycan tarixinin müxtəlif problemləırini əks etdirən 300 yaxın monaqrafiya və kitab, 1500 dən artıq məqalə çapdan çıxmışdır. Bunlardan ən mühümləri "Azərbaycan Xalq Cümhuriyyəti” (Azərbaycan və rus dillərində), “Türklərə qarşı erməni terrorizmi” (ingilis dilində), “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində” (ingilis və rus dillərində), “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”. Sənədlər toplusu. 3 cilddə, “İrəvan əyalətinin müfəssəl dəftəri”, “İrəvan əyalətinin icmal dəftəri”, İskəndər bəy Münşinin “Tarixi-aləm arayi – Abbasi” əsəri, “Quzey və Güney Azərbaycan türklərinin tarixi”, “Azərbaycan və Avropa”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (Azərbaycan, ingilis və rus dillərində), “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri”, “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər” (ingilis və rus dillərində), “Azərbaycan SSR ermənilərin ekspansiya planlarında (XX əsrin 20-ci illəri)”, “Qarabağ: real tarix, faktlar, sənədlər” (altı dildə), “Azərbaycanın tarixi atlası”, “Naxçıvan: tarixi və abidələri” (Azərbaycan və ingilis dillərində) və s. göstərmək olar.


Tarix: 10.01.2015 / 12:45 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Ümumi
loading...