Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ualli

Ualli – Manna dövlətinin beşinci hökmdarı, hökmdar Ahşerinin oğlu. Ualli atası üsyançılar tərəfindən öldürüldükdən sonra hakimiyyət gəlmişdir. O, Ahşeridən fərqli olaraq Assurla olan münasibətləri qaydaya salmağa çalışmış, oğlu Erisinini və qızını Assur hökmdarına girov göndərdi. Buna cavab olaraq Aşşurbanapal Mannaya özünün sülh elçisini göndərmişdi.[3]

Aşşurbanapalın "B silindri"ndəki kitabəsində Uallinin hakimiyyətə gəlməsi haqqında deyilir:

"[Aşşur və] İştar mənim hökmdarlığıma hörmət etməyən Ahşerini onun qullarının əlinə verdilər. Onun [ölkə adamları] ona garşı qiyam qaldırdılar və onun meyitini küçəyə atdılar. Sonra onun oğlu Ualli onun taxtına əyləşdi."


Tarix: 27.01.2015 / 18:42 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Ümumi
loading...