Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Goranboy əməliyyatı - Əsas hücum

13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi. Hücuma "Goranboy" əməliyyatı adı altında Surət Hüseynov tərəfindən başçılıq edilirdi. Keçmiş Sovet Ordusunun 23-cü dviziyasının 4 tank və 2 motoatıcı batalyonu, əlavə olaraq Azərbaycan Ordusunun 4 batalyonu və qonşu rayonlardan cəlb edilmiş briqadalar əməliyyatda iştirak edirdi. 15 saat davam edən şiddətli döyüşlərdən sonra 2 erməni hərbi bölüyü geri çəkildi. Bununla da, Goranboy rayonundakı onlarla kənd ermənilərdən təmizləndi. "Memorial" insan hüquqları təşkilatının məlumatına görə, əməliyyat zamanı ölüm hadisəsi baş verməmiş, ermənilər hücumdan əvvəl rayonu tərk etmişlər.


Tarix: 22.01.2015 / 18:43 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Ümumi
loading...