Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yelizavetpol quberniyası - İqlimi

Yelizavetpol quberniyasının iqlimi olduqca müxtəlifdir. Meşə zonasının hüdudlarından yuxarıya uzanan dağlıq ərazilər ilin demək olar ki, üç rübü qarlarla örtülü olur və orada tamamilə əhali yaşamır. Yay aylarında burada atmosfer və torpaq rütubətinin bolluğu zamanı, burada ot bitkisinin inkişafı köçərilərin buraya öz heyvanlarını otarmaq üçün gəlməsinə səbəb olur. Onlar burada avqustun sonuna qədər qalırlar. Dağ yaylalarından aşağıda, meşələrin yerləşdiyi zolaqda, iqlim hərçənd hələ sərt olmasına baxmayaraq, dənli bitkilərin (qarğıdalı və düyüdən başqa) becərilməsi ilə məşğul olmağa icazə verir; qışlar burada bol qarlı və kifayət qədər sərtdir, yay aylarında isə yağıntılı keçir, bəzən əkinlərə güclü ziyan vuran sıx dolu yağır. Dağ ətəklərində, dənli bitkilərdən başqa, bağçılıq təsərrüfatı və üzümlüklər meydana çıxır. Burada yerin süni suvarmasına ehtiyac duyulur. Nəhayət, geniş düzən və çöl sahələrində yay ayları uzun, isti və quru iqlimlə müşayiət olunur. Qış burada qısa və yumşaq keçir, yaz ayları qısa olur və tez zamanda yaya keçid edir. Yelizavetpol quberniyasında meşələr təxminən 856 min desyatin və ya bütün sahənin 21%-i qədər ərazi tutur. Ən böyük meşə sahələri Qazax və Zəngəzur qəzalarında cəmlənmişdir.


Tarix: 11.02.2015 / 18:05 Müəllif: Feriska Baxılıb: 85 Bölmə: Ümumi
loading...