Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hürufilik Yaranması və yayılması

Yaranması və yayılması
Hərflərin texniki tərəfləri ilə bağlı görüşləri inkişaf etdirməklə hürufiliyi bir fəlsəfi-dini sistem olaraq quran şəxs mənşəcə Azərbaycan türklərindən olan Şəhabəddin Fəzlullah Astrabadi Nəimidir (1339-40/1394). Fəzlullah çox gənc yaşlarında ilahiyyat ilə maraqlanmağa başlamış, on səkkiz yaşında olarkən tesevvusu yönələrək həccə getmişdir. Qayıdanda Xarəzmə gəlmiş və bir müddət burada qaldıqdan sonra Təbrizə getmişdir. Burada ətrafına topladığı insanlarla etdiyi dini söhbətlər sayəsində böyük ehtiram qazanmışdır. 1386-cı ildə öz təlimini Təbrizdə elan etmiş, daha sonra İsfahanda bu fikri sistemi yaymağa başlamışdır. Uzun müddət bir mağarada inzivaya çəkildikdən sonra Fəzlullah özünün Hz.Mehdi olduğunu iddia etmişdir. Ətrafındakı yeddi inanilmis xəlifəsi və daha sonra çoxsaylı tələbəsi ilə yeni inancın təbliğinə başlamışdır. Qısa müddətdə müxtəlf ictimai təbəqələrdən olan insanlar bu yeni axının ətrafında toplanmağa başlayır.

Yeni sistemin yayılması hakim çevrələrdə narahatlıq yaradır. Əmir Teymurun oğlu Miranşahın əmri ilə Fəzlullah həbs edilmiş, 1394-cü ildə Naxçıvanda Əlincə qalasında edam edilmişdir. O, ayaqlarından atla bağlanaraq çəkilmiş, paramparça edilərək şəhər küçələrində ibrət olsun deyə sürülmüşdür. Fəzlullahın ətrafındakılar da təqib edilmişdir.

Fəzlullah düşüncələrini Cavidani-kəbir, Ərşnamə, Məhəbbətnamə, Növmnamə, İskəndərnamə adlı əsərləri ilə bəyan etmişdir.

Hürufi nümayəndələrindən Əhməd Lorun 1427-ci ildə Şahruxa qarşı bir sui-qəsd cəhdindən sonra müridlərdən bir qismi yaxalanıb edam olunmuş, 1467-ci ildə isə Qaraqoyunlu hökdarı Cahanşah Həqiqiyə qarşı Fəzlullahın qızının rəhbərliyi ilə başlayan bir qiyam amansızlıqla yatırılmış və üsyanın rəhbəri beş yüz yaxın tərəfdarı ilə birgə edam edilmişdir. Bu hadisələrə görə hürufiliyə bağli insanlar dağılsalar da onlar öz inanclarını itirməmişdilər.

Anadoluda olduqca çox yer dolaşan və uzun müddət qalan İmadəddin Nəsiminin bir çox insanı hürufiliyə cəlb etməsi şəksizdir. Bu insanların sonradan sistemli bir təbliğat apardığın, Fateh Sultan Məhəmməd dövründə Osmanlı sarayına kimi girmələrindən də anlaşılır. Taşköprülüzadənin Şəqayiqi-Numaniyyə adlı əsərində Fəzlullahın xəlifələrindən birinin Ədirnədə olarkən gənc Fatehi təsiri altına alması, hətta bəzi müridləri ilə bərabər sarayda yerləşməsi haqqında da məlumat verilir. Vəziyətdən olduqca narahat olan vəziri-əzəm Mahmud paşa və müfti Molla Fəxrəddin Əcəmi hürufilərin Hülul inancına (təsəvvüfdə Hülul Allahın yaratdıqlarında meydana çıxması deməkdir.) sahib olmaları barədə məlumat verərək, gənc padşahı çəkindirir. Fatehin hüzurunda edilən mübahisənin sonunda hürufilərin Hülul inancına sahib olduqları nəticəsi hasil olmuş, buna görə də sultanın əmri ilə onlar həbs edilərək edam edilmişdir.

Hürufilikdə Quranın təvili və yozumu saylar üstündə qurulmuşdur. Bu təriqət şiə təmayüllü olsa da, yaranışından etibarən istər şiə, istərsə də sünni məzhəbinin daşıyıcıları arasında tərəfdar tapmış, xüsusilə təsəvvüf vasitəsi ilə ədəbiyyata və digər təriqətlərə təsir etmişdir.


Tarix: 22.01.2015 / 16:30 Müəllif: Feriska Baxılıb: 125 Bölmə: Ümumi
loading...