Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Krtsanissi döyüşü

Krtsanissi döyüşü - Kartli-Kaxeti çarlığı və Qacarlar dövləti qoşunları arasında 8-11 sentyabr 1795-ci ildə Krtsanissi kəndi yanında baş vermiş döyüş. 1795-ci ildə Ağa Məhəmməd Qacar Kartli -Kaxetiya və Rusiya arasında bağlanmış Georgiyevsk traktatını pozmağı tələb etdi. II İrakli bu tələbi yerinə yetirməkdən imtina etdi, və 1795-ci ilin avqustunda Qacar ordusu Gürcüstana müdaxilə etdi. Ağa Məhəmmədin ordusunda Gəncə və İrəvan xanlarının da qoşunları vardı. Gürcülər Rusiyaya ümid edərək, lazımınca müharibəyə hazırlaşa bilmədilər. Gürcü sərkərdələri yer səthinin xüsusiyətlərindən yararlanmağı və rəqibi bütün canlı qüvvədən eyni zamanda yararlanmaq imkanından məhrum etməyi düşünürdülər.

8 sentyabr 1795-ci ildə Tiflis civarında Krtsanissi kəndi yanında 35 minlik Qacar ordusu ilə İraklinin 5 minlik qoşunu arasında döyüş oldu. İraklinin yardımına İmereti çarı II Solomon 2 min nəfərlə da yetişmişdi. İki gün gürcülər Ağa Məhəmmədin hucumlarına dözə bildilər, lakin 11 sentyabrda Ağa Məhəmməd şəxsən hucuma başçılıq etdi. Nəticədə Qacar ordusu Kürü keçərək gürcü qoşununu darmadağın etdi. Bunun nəticəsində Ağa Məhəmməd Qacar Tiflisi aldı.


Tarix: 08.01.2015 / 02:10 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Ümumi
loading...