NƏHƏCİR QALASI – Culfa r-nunun Nəhəcir k. yaxınlığındakı eyni adlı dağın coğrafi-strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı c. hissəsi üzərindəki yastı sahədə e. ə. 2-ci minilliyə-1-minilliyin əvvəllərinə aid qala.
Tarixi
Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir (2001). Ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçik həcmli daş həvəng-dibək, qara, boz və çəhrayı rəngli gil qab qırıqları, N. q. ilə həm dövr olan dağ ı dıl mış kur qan dan e. ə. 2-ci minilliyin əvvəllərinə aid mono xrom boyalı gil qablar əldə edilmişdir. Dağın c. və ş. ətəklərindəki terraslarda iri qaya parçalarından siklop tipli müdafiə sədləri tikilmişdir. Divarların eni 2-2,5 m-dir. Qalanı Nəhəcir dağının c. ətəyindəki düzən sahədə yaşamış və iqtisadi, mədəni cəhətdən inkişaf etmiş qədim tayfalar düşmən basqınlarından müdafiə məqsədilə tikmişlər.
Tarix: 08.01.2015 / 02:56 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: Ümumi