Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızıl Ordanın Arqun xanın dövründə Azərbaycana yürüşü

Qızıl Orda qoşunlarının ölkəyə üçüncü yürüşü Arqunun zamanında (1282-1291) baş verdi. Dərbənddən Azərbaycana 50 minlik qoşun göndərildi. Lakin 1288-ci ilin mayında Arqun xanın Biləsuvardan Şamaxıya gəldiyini eşidən düşmən geri qayıtmağı lazım bildi. Qızılordalılar Azərbaycana dördüncü dəfə 1290-cı ilin martında yürüş etdilər. Arqun xanın başçılığı ilə düşmənə qarşı çıxmış Elxani qoşunu aprelin 27-də Qarasu adlanan yerdə Dərbənddən şimalda onunla üz-üzə gəldi. Baş vermiş qanlı vuruşmada 10 minlik Qızıl Orda qoşunu məğlub edildi.


Tarix: 22.01.2015 / 16:24 Müəllif: Feriska Baxılıb: 17 Bölmə: Ümumi
loading...