Gürcüstan-İmeretiya quberniyası
Gürcüstan – İmeretiya quberniyası — Rusiya İmperiyasının tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Tiflis şəhəri idi. 10 aprel 1840-cı ildə təşkil edilmiş, 14 dekbar 1846-cı ildə ləğv edilmişdir.
İnzibati-ərazi bölgüsü
1843-cü ilə olan məlumata əsasən quberniya inzibati cəhətdən 10 qəzaya (Tiflis, Telavi, Qori, Kutaisi, Quri, Axalsıx, Aleksandropol, Yelizavetpol, İrəvan və Naxçıvan) və 4 dairəyə (Balakən, Tuş-Pşav-Xevsur, Dağ və Osetin) bölünürdü.
Tarix: 08.01.2015 / 01:24 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Ümumi
loading...