Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aslandüz döyüşü

Aslandüz — Cənubi Azərbaycanda, Muğan ərazisində bir yaşayış məntəqəsidir. Bu məntəqənin Azərbaycan tarixində bir xüsusi rolu var. Gülüstan müqaviləsinə yol Aslandüzdən keçir.

1809-cu il mayın ortalarında Abbas mirzə Qovanlı-Qacarın başçılıq etdiyi İran qoşunu Naxçıvanın Qarababa kəndi yaxınlığında rusların qüvvələrini əzirlər. Sonra Qarabağda Qırçı qışlağı deyilən yerdə rusların bir batalyonunu dağıdırlar. Qafqaz canişini Abbas mirzədən qisas almaq qərarına gəlir. Aslandüz döyüşündə (10 oktyabr 1812) ruslar özlərinin növbəti əhəmiyyətli qələbələrini qazandılar. P.S. Kotlyarevski 2,5 min nəfərlik qoşunla Arazdan keçib Abbas mirzənin düşərgəsinə hücum etdi.1200 nəfər öldürüldü. 537 nəfər əsir düşdü. Bu döyüş və qələbə P.S. Kotlyarevskini Lənkəran xanlığını da ələ keçirməyə ruhlandırdı.


Talış xanlığının işğalı ilə (31 dekabr 1812 ― yanvar 1813) Rusiya Azərbaycanın işğalını başa çatdırır və bunun nəticəsi olaraq İran Rusiyadan sülh istəyir.Buna görə də, 1813-cü ilin 12 oktyabrında Rusiya ilə İran arasında Gülüstan müqaviləsini imzalayır.


Tarix: 07.01.2015 / 11:45 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Ümumi
loading...