Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəmiqaya təpəsi

Gamigaya təpəsi Bakı-Tbilisi avtomagistralın sağ tərəfində, Birinci Şıxlı kəndinin yaxınlığında yerləşir.Təpənin sağ tərəfi uçurumdur. Təpənin zirvəsindən Kür çayına görüntü açılır.Gamigaya təpəsinin səthində qədim saxsı qabların parçaları və qırıntıları asanlıqla təsadüf edilir. Bu parçalar göstərir ki, bu ərazidə çoxsaylı qırmızı, sarı və qara rəngli, müxtəlif ölçülü və təsərrüfat təyinatlı gil qablar, küplər mövcud olmuşdur. Qabların üzərinə yapma, cızma və çəkmə üsulu ilə naxışlar vurulmuşdur.

Gamigayada sistematik arxeoloji qazıntılar aparılmamışdır. Lakin, buradakı saxsı parçaların Qazax rayonun başqa yerlərində tapılan analoji əşyalarla müqayisəsi, Gamigaya qədim yaşayış məskənini erkən Dəmir dövrünə (e.ə. 8-6 əsrlər) aid etməyə imkan verir.


Tarix: 08.01.2015 / 01:31 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Ümumi
loading...