Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nazir-i büyutat

Nazir-i büyutat- "Təzkirət əl-mülükə" görə, büyutat (ərəbcə beyt – ev, bina, təsərrüfat sözünün cəm halı) hər birinin başında sahib-i cəm olan 33 karxanadan (emalatxana) ibarətdi. Büyutatlardan bir çoxu: mətbəx, qab-qacaq yuyulması üçün bina, müxtəlif anbarlar, kitabxana, tövlə vəs. sadəcə olaraq ev təsərrüfatı və məişət ləvazimatı idi. Bununla yanaşı əsl dövlət manufakturası tipli büyutatlar (məsələn, toxuma emalatxanası (şərbafxana), dərzi sexləri (qayçaçıxana), sikkəxana (zərrabxana), cəbbəxana, habelə zərgər, dəmirçi, rəssamlıq emalatxanaları və s.) var idi. Büyutat şah və onun ailəsinin, həmçinin çoxsaylı saray əyanlarının yeməyə, paltara, bəzək əşyalarına və s. olan tələbatının ödənilməsinə xidmət edirdi.

İskəndər bəy Münşi I Şah Təhmasibin dövründə nazir-i büyutat vəzifəsini tutmuş şəxslər haqqında bəzi məlumatlar verir. Bunlar aşağıdakılar idi: Qazi İmad, dövlət pulunu mənimsəməkdə təqsirləndirilərək vəzifədən azad edilmişdi. Ağa Cəmaləddin Kirmani, sonralar "bəzi nalayiq işlər" ucbatından Ələmut qalasına salınmışdı; Mirzə Salman həmin sahədə bir neçə il yanında işlədiyi Azərbaycanın cənub hissəsi vəzirinin köməyi ilə "büyutatların əksəriyyətinin" naziri olmuş, sonra şahın yanına nazir kimi qulluğa girmiş və şah vəfat edənədək orada işləmişdir (II Şah İsmayıl və Məhəmmədin dövründə isə "etimad əd-dövlə"adı ilə vəzir olmuşdur); Xacə Əbülqasim, Fərəhan vilayəti əyanlarından idi, əvvəlcə yüksək divan möhürünün mühafizəçi vəziri (vəzir-i möhrdar-i divan-i əla)olmuş, sonra isə şahın bəzi büyuttlarının naziri (nəzarət-i bəzi əz büyutat-i sərkar-i xassey-i şərifə) vəzifəsinə irəli çəkilmişdi. II İsmayılın dövründə də həmin vəzifədə idi88. Mir Əbülfətuh İsfahani, I Şah İsmayılın mustoufi əl-məmaliki olmuş Mir Seyid Şərif Şəhristaninin nəslindən idi, "naziri imarət-i sərkar-i xassey-i şərifə" ("şahın evlərinin işləri müdiri") olmuşdu.


Tarix: 08.01.2015 / 02:50 Müəllif: Feriska Baxılıb: 90 Bölmə: Ümumi
loading...