Annenfeld və ya Annino (alm. Annenfeld) - Əsası 1818-ci ildə Cənubi Qafqazda qoyulan, indiki Azərbaycanda Şəmkir rayonunun ərazisində yerləşən Alman koloniyasıdır. Almanların ilk köçü 1818-ci ilə təsadüf olunur. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Səmkir) yaxınlığında Yelenendorf (indiki Xanlar rayonu) və Annenfeld adlı iki koloniya saldılar. Yaşayış məntəqəsi plan üzrə salınırdı. Həmin kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evləri tikilirdi. Koloniyalardan biri olan Annenfeld alman koloniyası 1917-ci ilə kimi Yelizavetpol quberniyası tərkibində qalmışdır.[2]
Annenfeld öz adını I Pavelin kiçik qızı olan Anna Pavlovanın adından götürür. Koloniyada Vürtemburq ərazisindən olan 67 ailə yaşayırdı. 1826-cı ildə ikinci Rusiya-İran müharibəsində (1826—1828) bir çox ailə Farslar tərəfindən məhv edilmişdir. Böyük soyuqdəymə nəticəsində 1818-1831-ci illərdə 185 nəfər doğulmuş, 479 nəfər ölmüşdür. 1831-ci ildə almanların bu koloniyanı tərk etməsinə baxmayaraq, torpaqsız qalmışlar. Bu səbəbdən məhz həmin ildə almanlar yenidən Annenfeldə geri dönmüşlər. Onların qayıdışı Nazirlər Komitəsi tərəfindən qəbul edilmişdir. Rəsmi surətdə isə 4 avqust 1842-ci ildə Rusiya çarı I Nikolay tərəfindən təsdiq edilmişdir. 1873-cü ildə ailələr 8 mil şimala, kənd vadisinə köçürülmüşlər. Kənddə məktəb də var idi. 9 fevral 1916-cı ildə Rusiya Almaniya ilə müharibə şəraitində olduğundan, koloniyanın adı dəyişdirilərək "Annino" adı verillmişdi.[3] 1938-ci ildə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılıb. İkinci dünya müharibəsinin başlanmasından az sonra SSRİ-nin qərb ərazilərində yaşayan bütün almanlar Mərkəzi Asiya regionuna deportasiya edildilər. Annenfelddə yaşayan almanlar da 1941-ci oktyabrın 15-20 tarixləri arasında bütünlüklə Qazaxıstan sürgün edildilər. Kilsə: 1885-ci ildə Protestant icmalarının Yelenendorf, Annenfeld və Georqsfeld koloniyalarına gəlişi ilə əlaqədar olaraq, 1909-cu ildə Annenfeld koloniyasında kilsə tikilmişdir. Təsərrüfat: 1820-ci ildə Annenfelddə 3185 hektar torpaq sahəsi var idi. Burada üzümçülük və bağçılıq inkişaf etmişdir. 1905-ci ildə şərab zavodunun açııması haqqında "Saziş" imzalanmışdır ki, həmin zavodun əsası 1907-ci ildə qoyulmuşdur. Bu saziş 1913-cü ildə istehlakçı kooperativ tərəfindən təsis edilmişdir. Koloniyada Klara Zetkin adında kolxozçu qadın var idi. Hesab olunur ki, Klara Setkin 8 Mart Beynəlxalq Qadinlar gününün ideasının müəlifidir.
Tarix: 06.01.2015 / 19:25 Müəllif: Feriska Baxılıb: 102 Bölmə: Ümumi