beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nizami Xudiyev

Nizami Xudiyev - Ssenari müəllifi. Kino məsləhətçisi. Arxiv kadrlar. İdeya müəllifi.

Həyatı

Nizami Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimi, "Qızıl qələm" mükafatı laureatıdır. 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir. Rus və alman dillərini bilir.

Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, həmkarlar ittifaqı komitəsinin sədri, birinci prorektor işləmişdir. 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuşdur. 1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2005-ci il noyabrın 6-da 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Belarus, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Evlidir, 3 övladı var.

Filmoqrafiya
Aşıq Veysəl (film, 2001)
Əbədiyyət elçisi (film, 2005)
Əbədiyyət ünvanı. I film. Min illərin xatirəsi (film, 2004)
Əbədiyyət ünvanı. II film. Heydər Əliyev və Naxçıvan (film, 2004)
Əsrin şahidi (film, 2002)
Fenomen (film, 1996)
Heydər Əliyev və Azərbaycan dili (film, 1997)
Həsən bəy Zərdabi (film, 2003)
Xilaskar. I film (film, 2003)
Xilaskar. II film (film, 2003)
Məmməd Araz (film, 2001)
Məmmədhüseyn Təhmasib (film, 2003)
Müstəqillik yollarında. Beşinci film (film, 2005)
Müstəqillik yollarında. Birinci film (film, 2004)
Müstəqillik yollarında. Dördüncü film (film, 2004)
Naxçıvanskilər (film, 2004)
Sabaha inamla. I film (film, 2001)
Sabaha inamla. II film (film, 2001)
Sabaha inamla. III film (film, 2002)
Salur Qazanın evi talandığı boy (film, 2001)
Sənsiz (film, 1998)
Tikdim ki, izim qala (film, 1997)
Tikdim ki, izim qala. II film (film, 1997)
Tikdim ki, izim qala. III film (film, 1998)
Türk dünyası qitədən qitəyə. I film (film, 2002)
Türk dünyası qitədən qitəyə. II film (film, 2002)
Türk dünyası qitədən qitəyə. III film (film, 2002)
Türk dünyası qitədən qitəyə. IV film (film, 2002)


Tarix: 17.01.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 531 Bölmə: Şairlər və Yazıçılar