beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehriban Vəzir

Mehriban Vəzir — Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.Mündəricat
1 Həyatı
2 İctimai fəaliyyəti
3 Yaradıcılığı
4 Kitabları
5 Xarici keçidlər
6 Həmçinin bax


Həyatı

Vəzir Mehriban Əli qızı 18 dekabr 1957-ci ildə Tərtər rayonunda anadan olub.
1975-ci ildə orta məktəbi bitirmiş və 1976-cı ildə Universitetə daxil olmuşdur.
1982-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1978-1999-cu illərdə Aztv-də müxtəlif vəzifələrdə çalışıb.
2000-2005-ci illlərdə Xəzər Universitetində telessenari kursundan dərs demişdir.
2008-2010-ci ildə GünAztv-də çalışmış, hazırda GünAzRadio-da çalışır.

İctimai fəaliyyəti

1998-ci ildə qurulmuş Aydınlar Birliyinin rəhbərlərindən, 1999-cu ildə qurulmuş Milli Müqavimət Hərəkatının rəhbərlərindən biri olmuşdur.

1998-ci ildən Bütöv Azərbaycan Birliyi İdarə Heyəti üzvüdür.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü, Qarabağ İştimai Şurasının, Avrointeqrasi üzrə Azərbaycan Milli İctimai Komitəsinin üzvüdür.

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi (2004) İctimai Birliyinin rəhbəridir. Birliyin hədəfi qadınlar arasında demokratik vərdişlərin yayılması, qadın inkişafı, qadın sosiallaşması, ictimai həyatda və idarəetmədə qadın iştirakçılığının mühüm yerinin təmin olunmasıdır. Bu məqsədlə AQASİM 20-dən çox layihə həyata keçirmişdir. Media və Demokratiya İnstitutu İctimai Birliyinin (2010) direktorudur. Yeni yaranmış bu qurum hazırda “İndi susmaq yalan danışmaq deməkdir” adlı sənədli film çəkir. Film Azərbaycanda söz və ifadə azadlığına həsr olunmuşdur. 2003-cü ildən 2010-cu ilədək Klassik Xalq Cəbhəsi Partiyasında sədr müavini olaraq fəaliyyət göstərmişdir. Hazırda 2010 parlament seçkilərinin qeyri demokratik keçirilməsinə ictimai etiraz olaraq siyasi və ictimai qurumların birgə yaratdıqları İctimai Palatanın Koordinasiya Şurasının üzvüdür.

Yaradıcılığı

40-dan çox hekayənin , 300-dən çox məqalə, ssenarinin müəllifidir. Dörd bədii, iki tədqiqat, bir xatirə kitabı nəşr edilmişdir. 1999-cu ildə AXC-nin 10 illiyi münasibəti ilə publisistik fəaliyyətinə görə Əbülfəz Elçibəy tərəfindən “AXC-10” mükafatı ilə təltif edilmişdir.

Tədqiqat kitabları gender və milli adət ənənələrin araşdırmalarına həsr olunmuşdur.

Kitabları
“Dəyişikliyə cəsarəti çatan örnək qadınlar” (160 səh. Bakı, 2008)
“Milli adət ənənələrdə gender rolları” (190 səh. Bakı, 2009)
Həmidə Cavanşir “Xatirələrim” (AMEA Əlyazmaları İnstitutu, Qadınlar üçün Qlobal Fond (ABŞ), QHT Şurasının dəstəyi ilə) 2011.
“Elçi Bəy haqqında” Bakı, "Şirvannəşr", 2008.


Tarix: 17.01.2013 / 11:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 415 Bölmə: Şairlər və Yazıçılar