Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qemli Sevgi Hekayesi

Qış fəsli idi, sakit oturub dənizə
baxırdım.Amma fikrimdə yalnız
sevdiyim vardı.Hər gün, her an
onunla ilk tanışlığımızı yadıma
salıram. Bilirəm, o qədərdə
həyəcanlı olmadı bizim
görüşümüz,amma görünür
sonunu gözlüyürmüş. Hər şey
onunla telefonda başladı, mən
buna çox adi baxırdım sadəcə
bir tanışlıq deyirdim. İş elə
gətirdi ki, görüşəməli olduq.
Xoşuma gəlmədi desəm yalan
olar.Biz onunla 2 il bir yerdə
olduq. Deyirlər elə bir vaxt olur
ki, sevgidə söz bitir amma men
elə fikirləşmirəm.Biz onunla
hər söhbəti bölüşürdük. Belə
oldu ki, bu qızı başqa
istəyəndə oldu və ailəsidə
razılaşdı.Amma mən hardan
bileydim ki, bu iş bu qədər
uzanar.Qıza mənimlə gəlməsini
yəni mənə qaçmağını
dedim.Qızsa yox mən hər şeyi
özüm həll edəcəm və ailəmi
səninlə evlənməyimə razı
salacam dedi. Məndə bir ara
ona vaxt verdim.Bir ara deyil
çox vaxt keçdi,hardasa 2
həftə.O mənim zənglərimədə
cavab vermirdi. Bəlkə bu
sizinçün az vaxtdı amma sevən
adam üçün çox.Sonrada
nişanlandığını eşitdim. Bu
qədər həyəcanla ondan söz ve
ya bir cavab gözlə sonrada
bunu eşit.Çox ağır idi.Düz
olduğunu bilirdim amma
yenədə inanmaq
istəmirdim.Dostum mənə
heçnə olmaz yaddan
çıxardarsan deyirdi.Nə olsun o
ancaq deyirdi ama qəlbimi n
sızıltısın hiss edən ki, mən
idim. Artıq onun toy günü
idi. .Onun adını heç vaxt
söyləməyəcəyimi deyirdim.
fikirləşirdim ki, sözlə desəm
yenə hirslənəcəm. Amma
qəlbimdə səni sevirəm
deyirdim.Toy haqqında
fikirləşəndə bir şey ağlıma
gəlirdi, ora getmək və hamının
qabağında onu neçə sevdiyimi
demək istəyirdim. Bəlkə onda o
mənim necə real həyatdan
qopduğumu görər.Getdimdə
ama ona yaxınlaşa
bilmədim.Onun o ümüd
paltarında yəni, bəyaz
gəlinlikdə necə yalqız
oturduğunu gördüm.Bir anlığa
dondum, elə bil bir anlığa orda
bir onun yalqız baxışı və bir də
mənim həsrət baxışım qaldı.O
məni görmürdü, mənsə nə
deyəcəyimi unutdum. Ona
baxdıqca ürəyim sanki
yerindən çıxacaq kimi
olurdu.Sonra kiminsə məni
çağırdığını eşitdim.Bu dostum
idi, məni çölə çıxartdı.Hər şey
qurtarıb bəsdi özünü incitdin
gəl gedək. O danışırdı amma
mən onun o baxışını yaddan
çıxarda bilmirdim. Evə gəldim.
Səhəri necə açdığım heç
yadıma gəlmir.Ancaq gözlərim
ağlamağdan qızarmışdı, yalniz
bir istiqamətə baxırdım və bir
sözü təkrarlayıb dururdum: axı
niyə mən harda səhv
elədim,harda?Bu söz içimi
parçalayırdı. Üstündün bir ya
da iki həftə keçmişdi. Onun ad
günündə yaşadığı evin
qarşısından keçdim. İçəridə
səs-küy gəli rdi.Dedim yəqin
çox xoşbəxtdi.Belke mende
artıq onun menden aldıgı real
həyata qayıdım.Sonra evə
gəldim dostuma zəng etdim ki,
görüşək.O mənə başın sağ
olsun heçnəyə fikir vermə
buda keçər.Niyə dediyini
bilmədim.Sonra hər şeyin necə
olduğunu öyrəndim.Heç də
fikirləşdiyim kimi deyilmişnun
yoldaşı dostumla görüşüb ona
hər şeyi danışıb.Yoldaşı
dostuma : “Dostuna bildir ki,
onun sevgisinə ölənə qədər
toxunmadım, uzaqdan sevdim,
qorudum.Hər gecə o, öz
sevdiyinə xəyənatdən
danışarkən , mənsə sevdiyimə
baxıb əzab çəkirdim.Bunları
mənə o zaman dedi ki, toy
gününün səhəri kasetə
baxırdıq, orda bir oğlanı
ağlayan gördüyümü ama
tanımadığımı dedim.O, tez
baxdı ki, bəlkə o olar mənsə
onun necə həyəcanla fikir
verdiyini gördüm.Ondan
mənimlə niyə olmaq
istəmədiyini soruşanda o
mənə: Sən heç seve- sevə
ayrılığın nə olduğunu bilirsən
dedi.Mən çox təəccübləndim və
ondan mənimlə daha açıq
olmağını xahiş etdim.O isə
sevdiyinin ondan tez bir vaxtda
müsbət cavab gözlədiyi anda
mənimlə evləndiyinin səbəbini
mənə dedi. Dostuna bildir
ki,Sevdiyi xəstə idi.Bunu
bilməsini, ona əziyyət eməsini
istəmirdi. Ona görədə ondan
ayrıldı.Amma hər gün onu
haqqında
danışırdı.Gülüşündən, onun
baxışından, hətta onunla
tanışlığından.Və bu məktubu
dostuna çatdır.Burda
yazılanları oxusun. Bəlkə artıq
ona da nifrət eləməz.”. Hə
dostum bu sözləri mənə
dedi.Mənsə titrəyən əllərimlə
məktubu alıb yenə öz aləmimə
qapandım.Və məktubda:
“Sevdiyim bu dəqiqə heç nə
fikirləşmə sadəcə oxu və səni
necə sevdiyimi hiss elə, Hər
şeyə görə bağışla. Səndən
ayrıldığımız günün səhəri
xəstə olduğumu
öyrəndim.Öyrənədə sadəcə
səni necə t ək qoyacağımı
düşündüm.Və o vaxt başa
düşdüm ki, bunu bilib sənə
əziyyət verməkdənsə başqa
birisinə getsəm yaxşıdı.Amma
bil sənə xəyanət
etmədim.Bəlkədə nigahda
söylədiyim “HƏ” sözü helə bir
başqa xəyanətdi,
bilmirəm.Bildiyim və ölənə
qədər tutunduğum yalnız bir
söz var idi o da səni sevirəm
sözü.Artıq səndən istədiyim bir
şey var çalış mənim kimi bu
həyatda heç nəyə
gecikməyəsən.Heç nəyə.......” .
Hə artıq məndə çetin həyatın
dadını anladım.İndi məktub
əlimdə onunla ilk dəf ə
görüşdüyümüz yerdə
oturmuşam. Yenə də onun
dənizə kölgə salan gözlərini
xatılayıram. Və istəyirəm bilsin
ki, mən onunla Dənizdə
görüşmək üçün artıq heç vaxt
gecikmirəm
----


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 7912 Bölmə: Maraqlı melumatlar
loading...