Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd Aslan

Aslanov Məmməd Muxtar oğlu — şair, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar mədəniyyat işçisi.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Əsərləri
4 Məqalələri
5 Tərcümələri


Həyatı

Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır (1957-1962).

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Hazırda Azərbaycan Dövlət Teleşirkətinin "Ekran-Efir" qəzetinin baş redaktorudur.

Yaradıcılığı

Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşır. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə etmişdir.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. "Şöhrət" ordeni ilə təltif edilmişdir (2000).

Əsərləri
1.Dağ ürəyi (şeirlər). Bakı: Gənclik, 1969, 34 səh.
2.Böyürtkən böyrü tikan (uşaqlar üçün). Bakı: Gənclik, 1972, 36 səh.
3.Səhəri kim açır(uşaqlar üçün şeirlər). Bakı: Gənclik, 1972, 36 səh.
4.Səsimə səs ver (şeirlər). Bakı: Gənclik, 1978, 136 səh.
5.Bizdən sonra nə qalır (oçerklər, publisistika). Bakı: Gənclik, 1979, 180 səh.
6.Ürək möhlət verəydi (şeirlər). Bakı: Yazıçı, 1980, 120 səh.
7.Durnalar lələk salır (hekayələr). Bakı: Gənclik, 1982, 167 səh.
8.Dəvə niyə gövşəyir (uşaq şeirləri). Bakı: Gənclik, 1980, 81 səh.
9.Ərzurumun gədiyinə varanda (xatirələr). Bakı: İşıq, 1985, 250 səh.
10.Ömrün yarı yaşında. Bakı: Yazıçı, 1986, 275 səh.
11.Saxla izimi dünya. Bakı: İşıq, 1989, 200 səh.
12.Nur içində nur(şeirlər). Ankara: 1997, 128 səh.
13.Allahın rəsulu. Bakı: 2001, 327 səh.
14.Bir sultan yaşardı Sultantəpədə. İstanbul: 2003, 135 səh.


Tarix: 17.01.2013 / 11:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 576 Bölmə: Şairlər və Yazıçılar
loading...