Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmmədhüseyn Şəhriyar

Bu adın digər istifadə formaları üçün, bax: Şəhriyar (dəqiqləşdirmə).Seyid Məhəmmədhüseyn Behcət Təbrizi

Təxəllüsü:Məhəmmədhüseyn Şəhriyar
Doğum tarixi:1906-cı il
Doğum yeri:Xoşginab, Təbriz, İran
Vəfatı:18 sentyabr 1988-ci il (82 yaşında)
Vəfat yeri:Təbriz
Vətəndaşlıq: İran
Milliyyəti:azərbaycanlı
Fəaliyyəti:sair
Karyera:1931-1988
Əsərlərinin dili:Azərbaycan dili
fars dili


Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (1906 – 18 sentyabr 1988) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan – İran şairi. Şeirlərini azərbaycan və fars dillərində yazmışdır.

Həyatı

Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axunddan almış və bu savadlı, qayğıkeş, mehriban müəllimini həmişə böyük hörmətlə yad etmişdir. O, ibtidai və orta məktəbləri Təbrizdə başa çatdırmış, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatından dərs almışdır. İlk şeirini Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc etdirmişdir.

Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən sonra Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Dar-ül-fünununda, sonra isə Tibb fakultəsində ali təhsil almağa başlamışdır. Lakin fakültənin sonuncu kursunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna girməyə məcbur olmuşdur.

Təbrizin Şairlər məqbərəsi

Azərbaycan poçt markası (1998).

Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunmuşdur. Milli ədəbiyyatın və mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunmuşdur. Həmin nəşrə müqəddimə yazmış alimlər – Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirmiş, haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstərmişlər.

Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün, yəni 18 sentyabr hər il İranda "milli şeir günü" kimi qeyd edilir.

Vəsiyyətinə görə, Təbrizin Şairlər məqbərəsində (مقبرةالشعرا ) dəfn olunmuşdur.

Əsərləri
Heydərbabaya salam, Təbriz (1954)
Seçilmiş əsərləri, Bakı (1966)
Bütün əsərləri (4 cilddə), Tehran (1971)
Aman ayrılıq, Bakı (1981)
Divani-Türki, Təbriz (1992)
Yalan Dünya, Bakı (1993)
"Heydər babaya salam", Bakı, "Azərnəşr", (1998), 80 səh. (Tərtibçi: Pənah Xəlilov)


Tarix: 13.01.2013 / 12:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 776 Bölmə: Şairlər və Yazıçılar
loading...