beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsən Merac

Həsən Merac – milli azadlıq hərəkatı fəalı, "Sabir" Yazarlar Ocağının başqanı, şair-publisist.

Həyatı

Həsən Merac 1953-cü il oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasında anadan olub. Bakı Dövlət Universitetini və Moskva Kinematoqrafiya İnstitutunu bitirib.

1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və "Azkinovideo" Birliyində redaktor kimi çalışıb. Bəzi nəşrlərə baş redaktorluq edib. Milli Məclisin aparatında çalışıb.

2000-ci ildə "Sabir" Yazarlar Ocağını yaradıb və ömrünün sonuna qədər onun başqanı olub.

1990-cı ilin ortalarından mətbuatda şeirləri vaxtaşırı çap olunub. "Qobustan", "Ulduz", "Azərbaycan" və başqa dərgilərlə əməkdaşlıq edib, Rusiya, Ukrayna və Çexoslovakiyada şeirlər toplusu işıq üzü görüb.

"Şairlər qərib olur bu yer üzündə" adlı şeir kitabı 1993-cü ildə nəşr olunub.

2010-cu il 25 yanvarda [1] vəfat edib.

Filmoqrafiya
Karvan (film, 1995)


Tarix: 15.01.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 387 Bölmə: Şairlər və Yazıçılar