beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mahmud İsmayılov

Mahmud Əliabbas oğlu İsmayılov (1 sentyabr 1920-16 avqust 2002)—Azərbaycan tarixçisi.Mündəricat
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər


Həyatı

Mahmud Əliabbas oğlu 1920-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdir. 1949-cu ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1983-cü ildə AEA-nın müxbir üzvü seçilmişdir.

M.Ə.İsmayılov 1946-cı ildən AEA-nın Tarix İnstitutunda işə başlamış, ömrünün sonunadək elmi işlər üzrə direktor müavini və «Azərbaycanın yeni tarixi» şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

M.Ə.İsmayılovun elmi yaradıcılığının əsas istiqaməti XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı, kənd təsərrüfatının tarixi problemlərinin tədqiqi olmuşdur. Onun «Azərbaycan dövlət kəndliləri XIX əsrin sonunda» (1957), «XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatı» (1960), «XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatında kapitalizm» (1964), «İmperializm dövründə Azərbaycanın sosial-iqtisadi strukturu» (1982) və b. əsərlərində Şimali Azərbaycanın kənd təsərrüfatı və iqtisadiyyatının dünya sivilizasiyasının getdiyi yolla həmahəng inkişaf etdiyi sübut olunur.

M.Ə.İsmayılov 3 cildlik «Azərbaycan tarixi»nin əsas müəlliflərindən biri, 7 cildlik «Azərbaycan tarixi»nin IV və V cildlərinin məsul redaktoru olmuşdur. Onun 1992-ci ildə çapdan çıxmış «Azərbaycan tarixi» əsəri dəfələrlə nəşr olunmuşdur.

M.Ə.İsmayılov Moskvada nəşr olunmuş «SSRİ-də tarix elminin tarixi» (1955), «Qafqaz xalqları» (1962) və b. əsərlərin yazılmasında yaxından iştirak etmişdir. O, Ankara, Kayseri, Paris, Roma, Moskva və başqa şəhərlərdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmişdir.

M.Ə.İsmayılovun rəhbərliyi ilə 25-dək namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur.

AEA-nın müxbir üzvü M.Ə.İsmayılov «1941-1945-ci illərdə Almaniya üzərində qələbəyə görə», «Qafqazın müdafiəsinə görə» medalları və fəxri fərmanlarla təltif olunmuşdur.


Tarix: 17.01.2013 / 11:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 271 Bölmə: Şairlər və Yazıçılar