Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsən Göyçəli

Kərimov Həsən Səməd oğlu - Azərbaycan Yazıçılar Birliyinin üzvü, Şair.

Həyatı

Kərimov Həsən Səməd oğlu 1937-ci ildə Göyçə mahalının İnəkdağı kəndində anadan olub.

Yaradacılığı

"Ata yadigarı" Həsən Göyçəlinin sayca dördüncü kitabıdır. Məcmuəyə şairin son illərdə yazdığı poeziya nümunələri daxil edilmişdir.

Şairin istedad damarı kükrəyən selə, çağlayan çaya bənzəyir. Belə anlarda onların dadına qələmlə ağ kağız çatır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, beş kitab müəllifi Həsən Göyçəli də belə şairlərdəndir. Həsən Göyçəlinin (Kərimov Həsən Səməd oğlu) şeirlərində onun zəngin poetik dünyasından, poeziyanın bütün üslub axtarışlarından söhbət açılır. Həsən Göyçəli Göyçə mahalının görkəmli aşıqlarının və el şairlərinin yaradıcılığından bəhrələnərək Aşıq Ələsgər, Aşıq Alı, Növrəs İman poeziyasının işığında həm də aşıq şeirləri yazmışdır. Onun yaradıcılığında qoşma qafiyə, təcnis bayatı, müxəmməs və şeirin digər növləri xüsusi yer tutur.

Həsən Göyçəlinin (Kərimov Səmədoğlu) oxuculara təqdim etdiyi altıncı "Dünya türk dünyasıdır" şeirlər kitabında Vətənə məhəbbət, xalqa hörmət, el qayğısı ilə yaşamaq qabarıq şəkildə özünü göstərir. Eyni zamanda poeziyanın bütün formalarında ustalıqla yazılmış şeirlər bu kitabda verilmişdir. İnanırıq ki, kitab oxucuların rəğbətini qazanacaqdır.

İstedadlı şair Həsən Göyçəli oxuculara təqdim etdiyi "Qərib durnalar" şeirlər kitabı yaddinci kitabıdır. Kitabda Vətənə sevgi, məhəbbət təsvir edilmişdir.[1]

Kitabları
Ayrılmazdım Göyçəm səndən. B.: 2004.-117 səh.
"Ata yadigarı" /H.Göyçəli (Kərimov Həsən Səməd oğlu) ; red. Ə.Vəkil. - 2006 : Nurlan, 2006. - 184 s. 19.5 sm. - 200 экз. - həd.
"Dilim ana deyəndə" : şeirlər və poema /H.Göyçəli (Kərimov Həsən Səməd oğlu); red. Ə.Vəkil. - Bakı : Nurlan, 2007. - 240 s. ; 20 sm. - 300 экз. - həd.
"Dünya türk dünyasıdır" /H.Göyçəli (Kərimov Həsən Səməd oğlu); red. Ə.Vəkil . - Bakı : Nurlan, 2008. - 236 s. ; 21 sm. - 300 экз. - həd.
"Qərib durnalar" /H.Göyçəli red. Ə.Vəkil bədii red. S.Elxanqızı. - Gəncə : n.y.y., 2009. - 202 s. ; 20sm. - 300 экз. - həd.
Mənsiz qalan mənim dünyam. B.: “Səda”, 2011.-200 səh.
Yaşa ürəyim. B.: "MBM", 2012.-203 səh.


Tarix: 15.01.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 630 Bölmə: Şairlər və Yazıçılar
loading...