Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhməd İsayev

İsayev Əhməd Məmməd oğlu — yazıçı-publisist, 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar jurnalisti (1987), "Qızıl qələm" (1974), "Ustad" ali jurnalistika (1995), "Həsən bəy Zərdabi" (1996) və "Araz" (1999) ali ədəbi mükafatları laureatı, 2003-cü ildən AKTA-nın fəxri doktoru, 1992-ci ildən "Gəncə və gəncəlilər" Xeyriyyə Cəmiyyətinin sədri.

Həyatı

Əhməd İsayev 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb. Suvagil kənd klubunda müdir işləyib. 1959-1965-ci illərdə Azərbaycan Dövlət Universitetində əvvəl qiyabi, sonra əyani oxuyub. Hələ tələbə ikən – 1963-cü ildən "Kommunist" qəzeti redaksiyasında işə başlayıb: kiçik ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri olub. 1970-1990-cı illərdə Gəncə-Qazax bölgəsi üzrə xüsusi müxbir vəzifəsində çalışıb. 1990-1991-ci illərdə "Respublika" qəzetinin təşkilatçısı və ilk baş redaktoru olub. Bir müddət "Həyat" və "Səhər" qəzetlərində işləyib. 1995-ci ildən "Azərbaycan" qəzetinin bölgə müxbiridir.

1957-ci ildən mətbuatda çıxış edir. Tarixi mövzulara, sənədli publisistikaya daha çox üstünlük verir. İki minədək qəzet və jurnal məqaləsinin, otuzdan çox kitabın müəllifidir. Jurnalist axtarışlarına əsasən 1985-ci ildə Leninqrad Sənədli Filmlər Studiyasında "Cəbhədən məktublar" adlı qısametrajlı film çəkilib, "Boş barılar" pyesi (1988) Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Hökumət nümayəndə heyəti və jurnalist qrupları ilə Türkiyədə (1974, 1992), Yunanıstanda (1977), Fransada (1985), Bolqarıstanda (1987), İngiltərədə (1994) olub. İtaliyada (1981) "Unita" qəzetinin festivalında və Misirdə (1995) beynəlxalq informatika kurslarında Azərbaycanı təmsil edib. 1999-cu ildə Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedib.

Nailiyyətlər

Dəfələrlə yaradıcılıq müsabiqələrinin qalibi olub. 1986-cı ildə ona SSRİ Jurnalistlər İttifaqı tərəfindən "İlin ən yaxşı jurnalisti" adı verilib. Moskvada çıxan "Jurnalist" jurnalının üç dəfə (1977, 1981, 1982) xüsusi diplomunu alıb. Respublika Ziyalılar Cəmiyyəti İdarə heyətinin qərarı ilə (1999) "XX əsrin fəxri ziyalısı" diplomu, Qafqaz-Mediya ictimai birliyi tərəfindən "Peşəkar jurnalist" (2008) mükafatı verilib. 1970-ci ildə "Rəşadətli əməyə görə" və 2005-ci ildə isə "Tərəqqi" medalı ilə təltif edilib.

"Azərbaycan Respublikasının ictimai və mədəni həyatındakı böyük xidmətlərə görə" Azərbaycan prezidenti İlham Əliyevin 11 dekabr 2006-cı il tarixli sərəncamı ilə ölkə prezidentinin fərdi təqaüdünə layiq görülüb. Dəfələrlə Azərbaycan jurnalistlərinin, 1982-ci ildə isə SSRİ Jurnalistlər İttifaqının beşinci qurultayının nümayəndəsi olub. On altı il dalbadal Azərbaycan Jurnalistlər İttifaqının idarə heyətinə üzv seçilib.

Əsərləri
Yeniliyin sorağında. 1967
Biz yanmasaq. 1971
Dağlar da baş əyir. 1979
Göyərçin pərvazlanır. 1980
Sevgi saxladı bizi. 1982
Nə yaxşı ki, sən varsan. 1983
Эхо дальных боев. 1985
Bir bulaq çağlayırdı. 1987
Üsyan. 1989
Gəncədən ucalan yol. 1992
Əli bulağı. 1996
Səni kim unudar? 1999
Nigaran qalma ana. 2001
El ağsaqqalı. 2003
Vaxtsız sönən üç ulduz. 2004
İlisu Sultanı Daniyal bəy. 2005
Gəncə şəhidləri. 2006
Gəncə və gəncəlilər. 1991, 1998, 2002, 2008
Восстание. 2008


Tarix: 14.01.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 671 Bölmə: Şairlər və Yazıçılar
loading...