beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fikrət Nağıyev

Nağıyev Fikrət Əmiraslan oğlu — azərbaycanlı politoloq, publisist, "Qızıl Qələm" mükafatı laureatı.

Həyatı

Fikrət Nağıyev 1972-ci il iyulun 7-də Azərbaycan Respublikasının Lənkəran rayonunun Az.Filial qəsəbəsində (indiki Xanbulan kəndi) ziyalı ailəsində anadan olmuşdur. Ali təhsilli filoloq (1991-1996-cı illərdə M.F.Axundov adına APRDƏİ-Bakı) və psixoloqdur (Психологический Центр РОСТ Саратов РФ). 1997-2001-ci illərdə Lənkəran Dövlət Universitetində kadrlar şöbəsinin rəisi, eyni zamanda "Ədəbiyyat" kafedrasının müəllimi və universitetin mətbuat katibi vəzifələrində işləmişdir. 2001-ci ildən mühüm dövlət orqanlarının mətbuat xidmətlərində müxtəlif vəzifələrdə çalışmaqla yanaşı, dövlət mətbuatında və xarici ölkə KİV-lərində periodik olaraq ictimai-siyasi mövzularda yazıları ilə müntəzəm çıxış edir. Apardığı çoxsaylı elmi-pedaqoji təcrübələri və qazandığı nailiyyətləri barədə respublika səviyyəli elmi-praktiki konfranslarda daim təmsil olunmuşdur. Akademik Budaq Budaqovun rəhbərliyi və bilavasitə redaksiya şurasının sədrliyi ilə üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəfis şəkildə nəşr olunan müasir dövrdə tanınmış, uğurlu və işgüzar insanların həyatı silsiləsindən 12 cildlik "Azərbaycanda tanınmış simalar" bioqrafik ensiklopediyasının müəllifi və redaktorudur. Bədii, elmi və ictimai-siyasi mövzularda nəşr olunmuş 7 kitabın müəllifidir. Tədqiqat sahələri post-Sovet məkanında konfliktlər, təhlükəsizlik, neft və siyasət məsələlərini əhatə edir. "Qızıl qələm" mükafatı laureatıdır. 2008-ci ildə Beynəlmiləlçi döyüşçülərin sosial müdafiəsinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən ictimai işlərdə fəal iştirak etdiyinə görə MDB Hökumət Başçıları yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri üzrə Komitənin təsis etdiyi "Əfqanıstandan Sovet qoşunlarının çıxarılmasının 20 illiyi" yubiley medalına layiq görülmüşdür. Həmçinin "Bioqrafik Ensiklopediya" Şirkətinin təsisçisi və direktoru, "İnfotibb" elmi-praktik, tibbi informasiya jurnalının baş redaktorudur.

Ailəlidir, iki övladı var.

Kitabları
Bu dünya ana bətnidir (şeirlər). Bakı: Mütərcim, 1997,
Деление стран по уровню экономического развития после распада СССР. Баку: LDU, 1999, 167 стр.
Siyasət bu gün: Statistik məcmuə. Bakı: Səda, 2002, 120 səh.
Dünya və Azərbaycan geosiyasi dairədə. Bakı: LDU, 2004, 210 səh.
Культура определяет политику. Баку: Бакполиграф, 2007, 175 стр.
Azərbaycanın şəhər və rayonlarının bioqrafiyası. Bakı: Xerox, 2011. 319 səh.
"Azərbaycanda tanınmış simalar" bioqrafik ensiklopediyası. Bakı: Xerox, 2012. I cild, 650 səh.

Məqalələri
Milli heraldikamızın inkişafı dövlətin vahiq siyasətinin əsas istiqamətlərindən biridir. "Azərbaycan" qəzeti, 11 aprel, 2006, N 77, səh. 5.
Ömrün sirli rəqəmləri. "Azərbaycan" qəzeti, 11 dekabr, 2007, N 279, səh. 2.
Uğurlu xarici siyasət milli maraqlarımıza tam cavab verir. "Respublika" qəzeti, 28 iyun, 2009, N 138, səh. 3.


Tarix: 15.01.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 434 Bölmə: Şairlər və Yazıçılar