Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Şairlər və YazıçılarQəmər bəyim Şeyda

Qəmər bəyim Şeyda - şairə 1881 Şuşa — 1933 Bakı)Mündəricat [gizlə]
1 Həyatı
2 Ailəsi
3 Xarici keçidlər
4 Həmçinin bax

[redaktə]
Həyatı

Qəmərnisə bəyim Ata xan qızı 1881-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbrahinxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir.Şuşa şəhər qız giminaziyasında oxumuşdu. Qəmər bəyim şairə idi. Şeyda təxəllüsü ilə könüloxşayan şeirlər yazırdı. Bu təxəllüsü ona Xurşidbanu Natəvan vermişdi. O, qələmini dram əsərlərində də sınamışdı. "Zülmün daşqını" pyesi bir müddət çox məşhur olmuşdu. O, 1933-cü ildə vəfat edib.
[redaktə]
Ailəsi

Qəmər bəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu. Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı.
Ardı »

Şairlər və YazıçılarCəfər Xəndan

Hacıyev Cəfər Zeynal oğlu – şair, tənqidçi, ədəbiyyatşünas, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1948), professor (1949). Aqil Hacıyev
[redaktə]
Həyatı

Cəfər Xəndan 1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur. 1918-ci ildə ailəsi Gəncəyə köçmüş, ata-anası burada öldüyündən kimsəsiz qalan kiçik qardaş və bacısı ilə Gəncə uşaq evində yaşamışdır (1925-ci ilədək). Gəncə Pedaqoji texnikumunu bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, həm də fəhlə fakültəsində müəllimlik (1925-1929) etmişdir. İnstitutun dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olmuş, eyni zamanda institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərmişdir (1932-1941). M.F.Axundov adına Müəllimlər İnstitutunun dil və ədəbiyyat fakültəsinin dekanı, Ardı »

Şairlər və YazıçılarNadin Qordimer

Nadin Qordimer (ing. Nadine Gordimer) — Cənubi Afrikalı yazıçı

20 noyabr 1923-cü ildə Yohannesburq yaxınlığındakı balaca şaxtaçılar qəsəbəsində zərgər ailəsində dünyaya göz açmışdır. Məktəbi bitirdikdən sonra bir il Yohannesburq universitetində oxumuş, yazmağa isə doqquz yaşından başlamışdır. 16 yaşı olanda Yohannesburqdə çıxan "Forum" dərgisi onun "Sabah yenə gəl" adlı novellasını çap etmişdi.

40-50-ci illərdə CAR-da aparteid bərqərar oldu, irqi diskriminasiya artdı, müxtəlif rəngli insanların bir-birilə ailə qurmaları qadağan olundu. Ölkədəki vəziyyət yaradıcı ziyalı təbəqə üçün dözülməz olmuşdu. Mopassanın, Heminqueyin və Folknerin 12 min kitabı oxunması qadağan olunaraq yandırılmışdı, əksər yazıçılar, o cümlədən P. Abrahams və A.La Quma ölkəni tərk etməyə məcbur oldular.
[redaktə]
Əsərlər

1949-cu ildə N.Qordimerin Ardı »

Şairlər və YazıçılarFiruz Mustafa

Firuz Qədimаlı оğlu Mustаfаyеv

Həyatı

Firuz Mustаfа 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi səhvən gah həmin ilin iyun, gah da avqust ayı göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirərmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, tank komandiri olmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz..TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı Ardı »

Şairlər və YazıçılarQafar Kəndli

Qafar Kəndli Herisçi (1925 - 24 may 1997) — Ədəbiyyatşünas, publisist, nasir.
Həyatı

Qafar Kəndli Təbriz şəhərində anadan olmuşdu.

Qafar Kəndli Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri vəzifəsində çalışmışdı.

Xaqani irsinin tədqiqi ilə ardıcıl şəkildə Qafar Kəndli məşğul olmuş, ölkəmizdə və xaricdə şair haqqında bir sıra sanballı məqalələr dərc etdirmişdir. O, uzun illərdən bəri apardığı tədqiqatın bir hissəsini "Xaqani Şirvani: həyatı, dövrü və mühiti" adı ilə nəşr etdirmişdir. Zəngin faktik material əsasında yaradılan bu tədqiqat işi bütünlüklə klassik irsin öyrənilməsində yeni hadisədir. Ardı »

Şairlər və YazıçılarBalasadıq

Ssenari müəllifi

Aslanov Balasadıq Sadıq oğlu - şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.


Həyatı

Balasadıq 1929-cu il oktyabrın 21-də Bakının Mərdəkan qəsəbəsində kolxozçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1936-1946). Ailə vəziyyətinə görə təhsilini davam etdirə bilməmişdir. Əmək fəaliyyətinə Əzizbəyovneftdə çilingər kimi başlamış (1946-1952), sonra Bakı Radio zavodunda elektrik qaynaqçısı (1952-1969), "Azərbaycanfılm" kinostudiyasında aktyor şöbəsinin rəisi (1969-1988), həmin studiyanın dublyaj qrupunda rejissor assistenti-redaktor, "Oğuz eli" qəzeti redaksiyasında poeziya və nəsr şöbəsinin müdiri vəzifələrində işləmişdir (1990-2003). Azərbaycan klassik və müasir ədəbiyyatını, eləcə də dünya xalqları əbədiyyatını mütaliə yolu ilə dərindən öyrənmişdir. Ədəbi aləmə 1963-cü ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə gəlmişdir. İlk mətbu Ardı »

Şairlər və YazıçılarElman Quliyev

Elman Hilal oğlu Quliyev

İlk adı: Elman

Soyadı: Quliyev

Doğum tarixi: 1958-ci il

Doğum yeri: Kələxan, Lerik Azərbaycan

Atası: Hilal

Vətəndaşlıq: Azərbaycan .

Peşəsi: tədqiqatçı-alim

Milliyyəti: azərbaycanlı

İxtisası: filoloq

Təhsili: ali

Əsərlərinin dili: azərbaycan dili

Janr: elmi, publisistika


[redaktə]
Həyatı

1958-ci ildə Lerik rayonu Zuvand mahalının Kələxan kəndində anadan olmuşdur. 1991-ci ildən ADPU-da işləyir. 2004-cü ildə «M. Şəhriyar yaradıcılığının təkamülü (milli problemlər kontekstində)» mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir. 1999-cu ildə «Mirzə Uluğ bəy»)Özbəkistan) mükafatı almış, 2007-ci ildə C. Rumi – 800 (YUNESKO) müsabiqəsinin laureatı, ilk dəfə «İlin alimi»(2007, 2010) və «İlin müəllimi»(2011) müsabiqələrinin qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir. Bir çox beynəlxalq elmi konfranslarda məruzə Ardı »

Şairlər və YazıçılarNəcəf bəy Vəzirov

Nəcəf bəy Vəzirov - Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya–estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu olan yazıçı. Bütün içtimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal–patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmişdir.

Həyatı

Nəcəf bəy Vəzirov 1854–cü il aprel ayının 2-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. Yazıçının uşaqlığı fərəhsiz keçmişdir. Atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşmüşdür. Nəcəf özü də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə olmuşdur. Anasının arzusu bu idi ki, Ardı »