Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəhmən Vətənoğlu

Abbasov Bəhmən Kalış oğlu — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998).

Həyatı

Abbasov Bəhmən Kalış oqlu (Bəhmən Vətənoğlu) 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlmişdir. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışmış (1951-1955), kənd kitabxanasında müdir olmuşdur (1955-1960).

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində(qiyabi) təhsilini davam etdirmişdir (1960-1965). Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilmişdir (1965-1973). Seyidlər kənd orta məktəbində direktor olmuşdur (1973-1986).

Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləmişdir (1993-2004).

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri "Dəyişməmişəm" 1958-ci ildə Kəlbəcər rayon qəzetində ("Yeni həyat uğrunda") dərc olunmuşdur. Respublika mətbuatında vaxtaşırı çıxış etmişdir.1998-ci ildən AYB-nin üzvüdür. "Haqqa qardaş yaranmışam" (1985), "Allahsız dünya" (1992) "Vətən bizi bağışlamaz" (1995), "Qaldı ürəyimdə dağı dağların" (1997) şeir topluları nəşr olunmuşdur.Bəhmən Vətənoqlu 2004-cu il sentiyabrın 30-da beyninə qan sızaraq dünyasını dəyişmişdir. Gəncə şəhərində qələm dostları Qəmkeş Allahverdi, Sücaət uyuyan məzarlıqda torpaqa tapşırılmışdır.

Əsərləri
"Haqqa qardaş yaranmışam" (1985),
"Allahsız dünya" (1992)
"Vətən bizi bağışlamaz" (1995),
"Qaldı ürəyimdə dağı dağların" (1997)
"Nə yaman aldatdın Bəhməni, dünya"
Bir ömürün bir ili
İnsanam insana yazığım gəlir
Allahsız dünyaya gül vətənoğlu
Ömrün yetmişindən yüzünə doğru
Bəlkə bir də bitdim ək məni dünya


Tarix: 14.01.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 768 Bölmə: Şairlər və Yazıçılar
loading...