beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseynbala Mirələmov

Hüseynbala Mirələmov - yazıçı, ssenarist, millət vəkili, Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Rusiya Mədən Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, çoxsaylı elmi və bədii əsərlərin müəllifi, "Qızıl qələm", "Qızıl dərviş", "Qızıl buta", "Abdulla Şaiq" və "Rəsul Rza" mükafatları laureatı, Fransa Sənayeçilər Assosiasiyasının "Napoleon" qızıl medalının sahibi. MDB ölkələri üzrə 8 dəfə "İlin direktoru" adına layiq görülmüşdür.

Həyatı

Hüseynbala Mirələmov 1945-ci il iyunun 25-də Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun sənaye və mülki tikinti fakültəsini bitirmişdir. 1965-ci ildən "Azərbaycan pioneri" qəzeti redaksiyasının baş ədəbi işçisi olmuşdur. 1971-ci ildən Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir. 1986-cı ildən "Azərqaztəmirtikinti" Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olmuşdur. 1996-cı ildən "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur. Hazırda ARDNŞ prezidentinin müşaviridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Xətai rayon təşkilatının sədridir.

2005-ci il noyabrın 6-da 33 saylı Xətai birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Rus dilini bilir.

Evlidir, 4 övladı var.

Filmoqrafiya
Tənha durna uçuşu (film, 2003)
Son arzu (film, 2003)

Əsərləri
Hüseynbala Mirələmovun
Türkiyədə nəşr olunan kitabları
(1/4) ▶

Xəcalət (tərcümə: Azad Ağaoğlu)
Moskvanın "Molodaya qvardiya" nəşriyyatında nəşr edilən "Görkəmli adamların həyatı" seriyasından Heydər Əliyev, Zərifə Əliyeva və İlham Əliyev haqqında üç kitab
Güllələnmiş Heykəllər (2002)
Durnalar qayıtdı (2003)
Son arzu (2003)
Tənha durna uçuşu (2003)
Simuzər (2004)
Babadil əfsanəsi (roman)
Gəlinlik paltarı (roman)
Qırxıncı otaq (roman)
Xəcalət (povest)
Cəza (povest)
Yanan qar (roman)
Qumru yumurtaları (povest)
Xəcalət (pyes)
Vicdanın hökmü (pyes)
Gəncə qapıları (pyes


Tarix: 15.01.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 649 Bölmə: Şairlər və Yazıçılar