Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Dunya ve tarixiII Kosova döyüşü

Osmanlı türklərinə qarşı altıncı xaç yürüşü

17 oktyabr 1448-ci ildə müxtəlif Avropa dövlətlərindən yığılmış xaçlı ordusu ilə Osmanlı qoşunları arasında II Kosova döyüşü başlayıb. 70 minlik Xaçlı ordusuna macar hökmdarı Yanoş Hunyadi, 60 minlik Osmanlı türklərinə sultan II Murad (Mehmet Fatehin atası) başçılıq edirdi. Döyüşdən bir gün qabaq sultan Murad döyüş məsuliyyətini xaçlıların boynuna qoymaq və hərbi vəziyyəti öyrənmək məqsədilə Hunyadi Yanoşa 8 nəfərlik heyət göndərərək saziş anlaşması təklif etdi. Xaçlılar buna razı olmadı. 17 oktyabr sübh çağı başlayan döyüş ilk saatlarda yüngül hücumlarla davam etdi.
[redaktə]
38 cinahdan hücum

Günortadan sonra ordusunu 38 qola ayıran Hunyadi güclü hücuma keçdi, ancaq nəticəsi olmadı. Türklər də Ardı »

Dunya ve tarixiVI Mehmed

Sultan Vahidəddin (1918-1922)

Əbdülməcidin oğludur. 1861-ci ildə anadan olub. Sultan Rəşadın vəfat etdiyi gün, Birinci Dünya Müharibəsinin qorxunc nəticələri altında sultan oldu. 30 oktyabr 1918-ci ildə Mondros sülhü imza edilərək, Birinci Dünya Müharibəsi Osmanlıların məğlubiyyəti ilə bitdi. Sultan Vahidəddin bu sülhə imza qoyan nümayəndələri qəbul etmədi. Sülhdən dərhal sonra Osmanlı Dövlətini səbəbsiz yerə döyüşə qoşan, milyonlarla vətən övladının cəbhələrdə həlak olmasına səbəbkar oıan Talat, Ənver və Camal Paşalar xaricə qaçdılar.

Sultan Vahidəddin əlində ancaq düşmənlərə təslim edilmiş bir milləti idarə etmək qaldı. İstanbul, 16 mart 1920-ci ildə ittifaq dövlətləri tərəfindən işğal edildi. Yunanlılar İzmirə, İtalyanlar Cənub-qərbə, Fransızlar da Cənub Anadoluya girdilər. 11 may Ardı »

Dunya ve tarixiƏfşarlar sülaləsi

Əfşarlar (fars. سلسله افشار‎) — azərbaycanlıların etnogenezisinin formalaşdırılmasında iştirak etmiş Azərbaycan-türk tayfası. 1736-1802-ci illərdə Azərbaycanda və İranda hakimiyyətdə olmuşlar.

Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divanı Lüğəti-Türkdəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz Xanın dörd oğlundan ən böyüyü olan Afşarın soyundan gəlir.

Afşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuzeli deyilən Sir-Dərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Huzistan, Xorasan yolu ilə, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, Əfqanıstana və Azərbaycana da yayılmışlar. Afşarlar Oğuzun o biri nəvələri Kınıklar və Ardı »

Dunya ve tarixiAntonin Piy

Tit Eliy Sezar Antonin tarixdə Antonin Piy kimi tanınan (lat.Titus Aurelius Fulvius Boionius Arrius Antoninus Pius) (* 19 sentyabr 86 Lanuviya; †7 mart 161 Lorium) sayca dördüncü evladlığa götürülən XV Roma imperatorudur.

19 sentyabr 86-cı ildə Lanuviyada sahibkar ailəsində doğulmuş, hüquqşünas təhsilli Piy tezliklə vəzifəyə çəkilərək Adrianın zamanında maliyyə və vergi hüququ üzrə prokonsul təyin edilmiş və Adrianın dövlət idarəçiliyi şurasına üzv seçilmişdir. Hələ Asiya üzrə maliyyə və vergi prokonsulu olarkən özünü namuslu (satın alınmaz) bir məmur kimi göstərmişdir. Ardı »

Dunya ve tarixiI Hürmüz

I Hürmüz, 272 - 273 illər arasında İrandaki Sasani dövlətinin şahı.
[redaktə]
Həyatı

I Şapurun (241-272) oğluydu. Atasına bağlı olaraq Xorasan valilsi olmuşş və Romaya qarşı savaşlarda iştirak etmişdir.

Pəhləvi dilində yazılmış olan I Ərdəşirin (226-241) tarixindəki İran adsətlərinə görə, I Hürmüz bir Fars şahzadəsi olan Mithrakın oğludur. Ərdəşir, münəccimlərin Mithrakın qanından Fars İmperatorluğunu əski halına gətirəcək birinin gələceyini söyləmələri görə, Mithrakın ailəsini ortadan qaldırmıştı.

Sadəcə, bir kəndli tərəfindən gizlədilən bir qızı qalmışdır. I Şapur bunu görür və onunla evlənir. Buna görə Ərdəşir, I Hürmüzü qəbul edir. ət-Təbəridə də qismən qorunan bu əfsanəyə görə, I Şapurun böyük fəthləri I Hürmüzə keçmişdir. Əslində hökmdarlığı sadecə bir il Ardı »

Dunya ve tarixiÇyançü

Şanyü Çyançü bir hun əyanı idi. Hunların Qiyan qəbiləsindən olan Çyançü imperator tərəfindən şanyü təyin edilmişdi. Qiyan qəbiləsi hun qanunlarına hökmdarlığa iddia edə bilməzdi və bu qəbilə üzvləri şanyü ola bilməzdi. Ancaq Luanti sülaləsindən çıxanlar şanyü olurdu. Bu hadisəyə etiraz edən hunlar qərbə köçdülər. Çyançü 9 il hakimiyyətdə olduqdan sonra üsyançı hunlar 100.000 əsgərlə onu devirərək öldürdü. Onun qəbiləsindən gələnlər Qanqlılar adlanır. [1]
↑ Pulleyblank, Edwin George (1963). "The consonantal system of Old Chinese. Part II". Asia Major 9: 206–265. Retrieved 2011-02-06. Ardı »

Dunya ve tarixiKanija müdafiəsi

Kanija müdafiəsi 1593-1606-cı illər Osmanlı-Avstriya müharibəsi gedişində 1601-ci ildə 73 gün ərzində Kanija qalasını mühasirəyə alan Habsburq ordusuna qarşı Osmanlıların müdafiə olunması və əks-hücumudur.
[redaktə]
Mühasirədən öncəki vəziyyət

1600-cü ildə Avstriyaya tərəf irəliləyən Osmanlı ordusu Kanija qalasını ələ keçirdi. Qalanın idarəsi Tiryaki Həsən paşaya verildi. Qalada 9 min əsgər və az miqdarda silah və ərzaq ehtiyatı qoyan Osmanlı ordusu geri çəkildi. Bunu fürsət bilən Avstriya ordusu 9 sentyabrda Kanija qalasına hücum etdi. Avstriyalılara bu işdə Müqəddəs Roma imperiyası, Macar krallığı, Xorvat krallığı, İspaniya imperiyası, Papa dövləti və Malta cəngavərləri də yardım edirdi. Avstriyalılar gələr-gəlməz qalanın ətraf ərazilərlə olan bütün əlqaəsini kəsdilər.
[redaktə]
Mühasirənin gedişi

Avstriyalılar 35-100 min Ardı »

Dunya ve tarixiCahanşah dövrü

1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən şirvanşah 1 Xəlilullahın köməyinə Şahrux gəlir. Cahanşah da qardaşına qarşı çıxış edir. İskəndər birləşmiş qoşunların təzyiqinə davam gətirməyərək, Şirvandan baş götürüb qaçır. 1435-ci ildə İskəndərin məğlubiyyətindən sonra Şahrux Azərbaycan hakimliyini Cahanşaha tapşırır. İskəndər növbəti dəfə öz hakimiyyətini bərqərar etmək məqsədilə Təbrizi tutmaq istəyir, ancaq Cahanşahla Şirvan əmirlərinin birləşmiş qoşunları onun ordusunu darmadağın edirlər. O, Naxçıvan yaxınlığındakı Əlincə qalasına qaçır Ardı »