beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanəli Kərimli

Xanəli Kərimli (Kərimli Xanəli Abbasəli oğlu) (d: 27.11.2951, Mahmudoba, Şahbuz), şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru.

Həyatı

Xanəli Kərimli 1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. O, Naxçıvan Dövlət Universitetinin dosenti və həmin universitetdə Əcnəbi tələbələrlə iş üzrə dekan, ikinci çağrış Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan MR-in Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra elmi, ictimai və publisist məqalələrin, "Ay işığında" (1998), "Anamdan məktub" (2001), "Bu da bir nağıldı..." (2004), "Mənə elə gəlir ki..." (2008) şeir kitablarının, "Ali və orta məktəblərdə Cənubi Azərbaycan ədəbiyyatının tədrisi metodikası" (2000) metodik vəsaitin müəllifidir. Haqqında "Şairə məktub" (2007) məqalələr məcmuəsi nəşr edilib. O, Türkiyə, İran, Gürcüstan, Hollandiya, Pakistanda keçirilən bir sıra Beynəlxalq tədbir, konfrans və simpoziumların iştirakçısıdır.


Tarix: 16.01.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 182 Bölmə: Şairlər və Yazıçılar