beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələkbər Salahzadə

Ələkbər Salahzadə — şair, tərcüməçi, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza adına mükafat laureatı 2002, Əməkdar incəsənət xadimi 2005.

Həyatı

Məmmədsalahlı Ələkbər Baba oğlu – 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olmuşdur. Orta məktəbi Qonaqkənddə başa vurub ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, illər keçdikcə dövri mətbuatda çıxış etmişdir. "Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olmuşdur (1965-1967). Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor (1966), "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor (1968-1976), Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini (1976-1989) işləmişdir. Sonra "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri (1989-1992), redaktor vəzifəsində çalışmışdır (1992-2004). Hazırda "Qobustan" jurnalının baş redaktorudur (2004-cü ildən). 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlamışdır. Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı vardır. "Kölgədən qorxan" (1983) Şəki, "Yayın qış gecələri" (1985) Sumqayıt, "Nağaraçı naxırçı" (1987) pyesləri Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.

Əsərləri
1.Beş yarpaq (şeirlər və poema). Bakı: Gənclik, 1968, 108 səh.
2.Od hevkəli(şeirlər və poema). Bakı: Gənclik, 1970, 107 səh.
3.Gözlər baxır dünyaya (şeirlər və poemalar). Bakı: Yazıçı, 1979, 136 səh.
4.Xatirə çiçəyi (şeirlər və poema). Bakı: Yazıçı, 1982, 144 səh.
5.Yerimiz bir, göyümüz bir (şeirlər və poemalar). Bakı: Yazıçı, 1986, 192 səh.
6.Od odası (şeirlər və poemalar). Bakı: 1989, 182 səh.
7.Yanıltmaclı əlifba. Bakı: Gənclik, 1995, 128 səh.

Tərcümələri

(ruscadan)
1.A.Tarkovski. Gözəl Gülayim haqqında povest. Bakı: Gənclik, 1970, 192 səh.
2.Pyatras Svirka, Tülkünün kələyi. Bakı: Gənclik, 1970, 16 səh.
3.A.Platonov. Dörd hekayə. Bakı: Gənclik, 1971, 51 səh.
4.Lorens Sterin, Fransaya və İtaliyaya sentimental səyahət. Bakı: Gənclik, 1973, 166 səh.
5.A.V.Sofranov. Vida poeması. Bakı: Yazıçı, 1980, 148 səh


Tarix: 14.01.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 410 Bölmə: Şairlər və Yazıçılar