Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nizami Cəfərov

Nizami Cəfərov — Azərbaycan Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. BDU-nun ümumi dilçilik kafedrasının müdiri[1]Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Filmoqrafiya
4 Mənbə
5 İstinadlar


Həyatı

Nizami Cəfərov 1959-cu il sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müəllimi, professoru, filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası (II (2000-ci il), III (2005-ci il) və IV çağırış (2010-cu il) Milli Məclisinin deputatıdır. Parlamentin Mədəniyyət Komitəsinin sədridir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

25 kitabın müəllifidir. Rus, ingilis və fars dillərini bilir.

Evlidir, 2 övladı var.

Əsərləri

"Bəxtiyar Vahabzadə" Bakı, Azənəşr-1996. 80 səh. şəkilli

Filmoqrafiya
Susmuş vicdan (film, 2010)


Tarix: 17.01.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 269 Bölmə: Şairlər və Yazıçılar
loading...