beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mikayıl Müşfiq

İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (5 iyun 1908 — 6 yanvar 1938) — şair, 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdu.

Həyatı

Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və adəbiyyat fakültəsini bitirmişdir (1927-1931).

Yaradıcılıq fəaliyyəti

Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir.

O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürmüşdür[1]. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunmuşdur. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görmüşdür.

1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmişdir.

Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulmuşdur.

Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Mikayıl Müşfiqin şəkli olan marka, 2008-ci il

Mikayıl Müşfiq 2 yaşında olarkən (1910)

Əsərləri
Küləklər (şeirlər). Bakı: Azərnəşr, 1930, 99 səh.
Günün səsləri. Bakı: Azərnəşr, 1930, 130 səh.
Buruqlar arasında (poema). Bakı: Azərnəşr, 1932, 47 səh.
Vuruşmalar. Bakı: Azərnəşr, 1932, 36 səh.
Pambıq (şeir). Bakı: Azərnəşr, 1932, 15 səh.
Bir may. Bakı: Azərnəşr, 1932, 14 səh.
Şeirlər. Bakı: Azərnəşr, 1934, 172 səh.
Qaya (poema). Bakı: Azərnəşr, 1935, 29 səh.
Kəndli və ilan (el nağılı). Bakı: Azərnəşr, 1935, 18 səh.
Şəngül, Şüngül, Məngül. Bakı: Azərnəşr, 1934,
Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1957, 192 səh.
Şəngül, Şüngül, Məngül. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1960, 424 səh.
Kəndli və ilan. Şəngülüm, Şüngülüm. Bakı: Azərnəşr, 1965, 32 səh.
Kəndli və ilan. Bakı: Azərnəşr, 1966, 16 səh.
Teleqraf telləri. Bakı: Azərnəşr, 1966, 80 səh.
Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1968, 16 səh.
Duyğu yarpaqları. Bakı: Azərnəşr, 1966, 250 səh.
Əsərləri (üç cilddə). I c. Bakı: 367 səh.
Əsərləri (üç cilddə). II c. 335 səh.
Əsərləri (üç cilddə). III c. 354 səh.
Yenə o bağ olaydı. Bakı: Gənclik, 1976, 166 səh.
Əbədiyyət nəğməsi. Bakı: Yazıçı, 1978, 309 səh.
Qaya. Bakı: Maarif, 1978, 118 səh.
Kəndli və ilan. Bakı: Gənclik, 1984,13 səh.
Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1983, 16 səh.
Kəndli və ilan. Bakı: Gənclik, 1984, 16 səh.
Könlümün dedikləri (şeirlər). Bakı: Gənclik, 1988, 56 səh.
Həyat sevgisi (şeirlər, poemalar, mənzum oçerklər, mənzum nağıllar). Bakı: Yazıçı, 1988, 304 səh.

Tərcümələri
Yeqişe Çarens. Şeirlər. Bakı: Azərnəşr, 1934, 54 səh.
Taras Şevçenko. Kobzar. Bakı: Azərnəşr, 1934, 85 səh. (şərikli).
A.S.Puşkin. Qaraçılar. Bakı: Azərnəşr, 1930, 30 səh. (şərikli).
Marşak. Huşsuza bax, huşsuza. Bakı: Azərnəşr, 1935, 10 səh.
A.S.Puşkin. Qaraçılar. Bakı: Azərnəşr, 1937, 30 səh. (şərikli)
Marşak. Huşsuza bax, huşsuza. Bakı: Azərnəşr, 1936, 14 səh.
M.F.Axundov. Şərq poeması. Bakı: Azərnəşr, 1937, 31 səh.
Ömər Xəyyamdan: Rübailər. Bax: M.Müşfiq. Əsərləri, 3-cü cild. Bakı: Azərnəşr, 1973, səh. 97-134
Və digər tərcümələr. Bax: M.Müşfiq. Əsərləri, 3-cü cild. Bakı: Azərnəşr, 1973.


Tarix: 12.01.2013 / 16:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 663 Bölmə: Şairlər və Yazıçılar