Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbas Arazlı

İsmayılov Abbas Məhəmməd oğlu (Abbas Arazlı) — şair, publisist, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Abbas Arazlı 1936-cı il mayın 24-də Cəbrayıl rayonunun Araz Maşanlı kəndində anadan olmuşdur. Burada kənd yeddiillik məktəbini, qonşu Soltanlı kəndində orta məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi çalışmışdır (1953-1954). Bakı 7 saylı tibb məktəbində təhsil almışdır (1954-1956). Cəbrayıl rayonu kənd xəstəxanalarında feldşer olmuşdur. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirmişdir (1962-1967). Sarıcallı kənd səkkizillik məktəbinə rus dili və ədəbiyyatı müəllimi təyin olunmuşdur. Bir ildən sonra Araz Maşanlı kənd orta məktəbinə dəyişdirilmişdir (1968-1993).

Erməni hərbi birləşmələri Cəbrayıl rayonunu işğal edəndən sonra Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşmışdır.

Hazırda orada 273 saylı orta məktəbin müəllimidir (1993-cü ildən). "Ayrılıq", "Cəbrayılım" şeir topluları, "Təki əsgər yaşasın", "Şəhidlik nədir?" publisistik kitabları nəşr olunmuşdur.


Tarix: 13.01.2013 / 13:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 395 Bölmə: Şairlər və Yazıçılar
loading...