Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarSaat niyə sağa doğru hərəkət edir ?

İlk olaraq qədim Misirlilər günəşin hər gün nizamlı olaraq bir yerdə doğulub, müəyyən zamanlarda səmanın eyni nöqtələrində görünüb batdığını müşahidə etdilər və bu hadisənin bir günün vaxtını bölmədə yararlı olacağı qənaətinə gəldilər. Beləcə günəşin bu hərəkətindən faydalanaraq ilk günəş saatını düzəltdilər. Bu saat, yüksək bir yerə böyük bir daş qoymaqdan və günəşin hərəkəti əsasında bu daşın kölgəsini izləməkdən ibarət idi.
Misir coğrafi mövqeyi baxımından şimal yarım kürədə, lakin ekvatora da yaxın bir ölkə olduğundan, günəş doğulduğunda, kölgə daşın qərbində (solda) meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş qərbində şərq istiqamətinə çatırdı. Yəni kölgə bu günki saatların Ardı »

Maraqlı MelumatlarInsan beyni haqqında maraqlı faktlar

1. İnsan beyninin ağırlığı təxminən 1.3 kiloqram civarındadır.
2. Beyniniz ölməyə başlamazdan əvvəl ən çox 4-6 dəqiqə arasında oksigensiz qala bilər.
3. Beyninizdə tam 100 milyard sinir hüceyrəsi var.
4. “İnsan beyninin yüzdə onunu istifadə edir” deyimi səhvdir. Beynin hər bölgəsinin bir funksiyası vardır.
5. Hər insan doğulanda eyni sayda beyin hüceyrəsinə malik olur. Bu ədəd altı yaşında maksimum səviyyəyə çatır.insan beyni
6. Yeni doğan bir körpənin beyni sonrakı ilk ildə tam üç qat böyüyür.
7. Toxunma duyğusu ilk yaranan duyğudur. Ana qarınında əmələ gəlir.
8. Beyninizi davamlı işlədin, çünki zehni fəaliyyətlər beyninizdə yeni sinir hüceyrələrinin meydana gəlməsini təmin edir.
9. Hər vaxt müsbət düşünün. Araşdırmalar həkimlərə müraciət edənlərin Ardı »

Maraqlı MelumatlarDünyada ən qədim göydələnlər

Bəşəriyyətə məlum olan ən qədim göydələnlər Yəməndə inşa olunub. “Ayaqda qalan” göydələnlərdə hələ də insanlar yaşayır. UNESCO tərəfindən qorunan tikililər Yəmənin turizm obyektlərindən hesab olunur.

Güman edilir ki, göydələnlər müqəddəs kitablarda da haqqında danışılan Ad qövmü tərəfindən inşa edilib. Tarixi mənbələrdə isə tikililərin inşaatçıları kimi Hadramut vilayətində yaşayan Hadramilər göstərilib. Onlar bu tikililəri dağıdıcı hücumlardan qorunmaq üşün tikiblər.

Qeyd edək ki, tarixi göydələnlərdə dəmirdən istifadə edilməyib. Yalnız palçıq və kərpicdən tikilən tarixi abidələr müasir dövrün göydələnləri ilə rəqabət apara bilər. Ardı »

Maraqlı MelumatlarTəbiətin hədiyyəsi- Böyük burun

Amerika mətbuatının yazdığına görə, yerli alimlər burnu böyük insanların daha çox təmiz hava ilə nəfəs aldıqlarını müəyyənləşdiriblər.

Araşdırmalar göstərib ki, böyük burunda havanı təmizləyən «süzgəc» daha yaxşı işləyir və bu səbəbdən həmin insanların ağciyərlərinə daha təmiz hava gedir.

Üstəlik, belə insanlar «fındıqburunlar»la müqayisədə müxtəlif allergiyalardan da daha az əziyyət çəkir. Ardı »

Maraqlı Melumatlar"Titanik"in batacağını öncədən bilmiş yazıçı

«Titanik» gəmisi, 1912

Bəzən gələcək hadisələri kecmiş ədəbiyyatlarda rast gəlinə bilir. Xüsusən, fantastika janrında yazılan əsərlərdə sualtı qayıqlar, hava bombardmanları, videoçəkilişlərin təsvirləri, bunların ixtira edilməsindən xeyli əvvələ təsadüf edir.

Amma Amerika yazıçısı Morgan Robertson-un (1861-1915) bir əsəri ilə yəqin heç nə müqayisə oluna bilməz.

Söhbət onun 1898-ci ildə yazdığı «Futility» adlı qısa romanından gedir.
Əsərdə sudabatmaz sayılan, amma Atlantik okeanını keçərkən aysberqlə toqquşub məhv olan dəbdəbəli səyahət gəmisindən bəhs edilir. Gəminin adı isə «Titan»dır!!!

Bu əsər 1912-ci ildə məşhur «Titanik» gəmisinin batmasından 14 il qabaq yazılıb.
Əsərdəki gəmidə xilasedici qayıqların sayı da «Titanik»dəki kimi yetərsiz olur. Bir çox başqa detallar da Ardı »

Maraqlı Melumatlarİngilis atom mühəndisi SSRİ-ə qaçıbmış

Britaniyanın əks-kəşfiyyat xidməti Mİ5 yeddi həftədir ki xəbər-ətər olmayan britaniyalı nüvə fiziki Bruno Pontekorvonun axtarışına başlayır.

Professor Pontekorvo və ailəsi senytabr ayında Finlandiyaya gəlmiş və bundan sonra yoxa çıxmışdılar. Bəzi ehtimallara görə, ailə Sovet İttifaqına qaçıb. Bu yaxınlarda professor Harvel Atom Tədqiqatları İnstitutundakı baş elmi işçi vəzifəsini tərk edib və yanvar ayından Liverpul Universitetində işə başlamalı idi. Hökumət israr edir ki, professor yalnız qısa bir müddətdə "məxfi məlumatlara" çıxış əldə edib. Lakin eyni zamanda rəsmilər onun "düşmən" üçün yararlı informasiyaya malik olduğunu da istisna etmirlər.

Bruno PontekorvoProfessor Pontekorvo İtaliyada doğulub, 1947-ci ildən Harveldə çalışırdı. Professorun itməsi barədə məlumat Amerikaya da ötürülüb. Bacısı deyir Ardı »

Maraqlı MelumatlarYaponların yeni gəlir qapısı

Yaponların yeni gəlir qapısı

Ölmüş anasının qızıl taxma dişini satan da var; atasının müqəddəs qızıl budasını da. Qızıl qiymətlərinin davamlı yüksəlişi yaponlara çox cazibədar gəldi. Davamlı yüksələn qızıl qiymətləri yaponlara yeni bir gəlir qapısı açdı. Yastıq altındakı qızıllarını sataraq yeni gəlir qapısı əldə edən yaponlar, bəzi əşyaları satmaqda çətinlik çəksələr də bu işdən məmnundular. Ölmüş anasının taxma damağındakı qızıl dişi satan qadın hər nə qədər bunun çox çətin olduğunu söyləsə də aldığı 200 dollardan məmnun görünür. Yapon qadını "Qızıl qiymətləri bu qədər yüksəlməsəydi əsla ölmüş anamın taxma dişini satmağı düşünməzdim" deyir. Ardı »