Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elçin Şıxlı

Elçin İsmayıl oğlu Şıxlı - 2001-ci ilin yanvarından "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

Həyatı

Elçin Şıxlı 1957–ci il oktyabrın 4-də Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Bakı şəhəri 190 N-li orta məktəbin birinci sinfinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir.

1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləmişdir.

1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik etmişdir.

Fəaliyyəti

1981-ci ilin iyul-avqust aylarında "İnturist" ÜSC Bakı şöbəsində tərcüməçi işləmişdir.

1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycan Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olmuşdur.

1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləmişdir.

1988-ci ilin mayından 1989-cu ilin aprelinədək V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent olmuşdur.

1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək "Azəpbaycan Kommunisti" - "Kommunist Azerbaydjana" jurnalında ədəbi işçi kimi çalışmıdır.

1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək "Ayna"-"Zerkalo" qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti vəzifələrində çalışmışdır.

Evlidir. İki övladı var.
Yazıçı İsmayıl Şıxlının oğludur.

Filmoqrafiya
Dəli Kür (film, 1969)
Mənə inanın! (film, 2007)


Tarix: 14.01.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 317 Bölmə: Şairlər və Yazıçılar
loading...