beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maarif Soltan

Qəniyev Maarif Soltan oğlu (Maarif Soltan) – şair, tərcüməçi, 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Həmçinin bax


Həyatı

Maarif Soltan 1956-cı il aprelin 10-da İsmayıllı rayoununun Brovdal kəndində müəllim ailəsində doğulmuşdur. İsmayıllıda 3 saylı şəhər orta məktəbini bitirmişdir (1973). Əmək fəaliyyətinə İsmayıllı tikinti idarəsində fəhlə kimi başlamışdır (1973-1974). Sonra Bakıda 23 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir (1976-1977). Bakı metro tikintisində qazmaçı işləmişdir (1977-1979). A.M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil almışdır (1979-1984). Yazıçıların Şüvəlandakı yaradıcılıq evində təlimatçı işləmişdir (1984-1986).

Hazırda "Qobustan" toplusunun əməkdaşıdır (1988-ci ildən). İlk şeirləri 1973-cü ildə İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetində çap olunsa da, ciddi yaradıcılıqla 1976-cı ildən məşğuldur. Respublika və ümumittifaq mətbuatında müntəzəm çıxış edir. Şeirləri qardaş xalqların dillərinə tərcümə olunmuşdur. Bir sıra yaradıcılıq seminar-müşavirələri və Ümumittifaq ədəbi tədbirlərinin iştirakçısıdır. Müasir rus şairlərindən bədii tərcümələr etmişdir.

Əsərləri
1.Dünya işıqla dolu. Bakı: Yazıçı, 1986, 63 səh.


Tarix: 17.01.2013 / 11:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 550 Bölmə: Şairlər və Yazıçılar