Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağınıza ev tapşırığını sevdirin

Əziz valideynlər, uşağınıza ev tapşırığını sevdirmək sizin əlinizdədir.
Reem Nevroloji Mərkəzinin mütəxəssisi Məmməd Yavuza görə, dərs öyrənmək yalnız məktəblə məhdud olmamalı, məktəbdən kənar vaxtlarda da bunun təşkil edilməsi və nəzarət edilməsi lazımdır. Məktəb xaricində öyrənmək müddəti şagirdlərin öyrəndiklərini yadda saxlaması baxımından çox əhəmiyyətlidir. Onun sözlərinə görə, uşağa müstəqil surətdə tapşırıqla məşğul olmağı sevdirmək lazımdır. Tapşırıqların başlıca məqsədi uşağın məktəbdə öyrəndiyini valideynlərin nəzarəti altında evdə yenidən təkrarlamasıdır. Beləliklə, uşaq davamlı olaraq artan məlumatların üzərində işləyərək öz düşüncə formasını yarada bilər. Uşaqların tapşırıq etmə şərtləri öz fərdi seçimləri istiqamətində təşkil edilməlidir.
Bu imkanları uşaqlar üçün təmin edin:
- Uşağın dərs hazırlayacağı otaq işıqlı və səs-küydən uzaq olmalıdır.
- Uşaqlar dərsə hazırlaşacaqları və ya tapşırıqları yerinə yetirəcəkləri yerlə təmin edilməlidir.
- İş otağında televiziya kimi diqqəti cəlb edən əşya və ya cihazlar olmamalıdır.
- Otaq istiliyini 23 dərəcəyə nizamlamaq dərsə hazırlaşmaq üçün uyğun bir mühit yaradacaq. Çünki daha isti, ya da soyuq mühitdə uşaqlar dərsi çətin qavrayır.
- Uşağın tapşırıqları yerinə yetirmə vərdişini şüurlu bir şəkildə qavrayıb, davamlılığının təmin edilməsi üçün prioritetli olaraq uşağa bunu nə qədər vacib olduğu onun anlaya biləcəyi bir dillə başa salınmalıdır.


Tarix: 06.01.2015 / 16:47 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Valideynə məsləhət
loading...