Biz güman edirik ki, körpələri tanıyır və onların haqqında hər şeyi bilirik. Lakin elm adamları həmin fikirdə deyil. Onların bu sahədə apardıqları tədqiqatlar sübut edir ki, hər şeyi nəzərdən keçirmək lazımdır. Burada sual işarələri də get-gedə artır.
Qədim nəzəriyyələrə əsasən körpə, "istənilən məlumatı üzərinə yazacağın boş, ağ səhifə" kimidir. Körpələrə bir qədər fərqli nəzərlərlə baxan elm adamları həmin boş, ağ səhifə nəzəriyyəsinin səhv olduğunu sübut etməyə çalışdılar. Beləliklə, onların tədqiqatlarının heyrətamiz nəticələri aşağıdakı kimidir: Körpələr valideynlərindən başqa bir çox böyüklərə də bir neçə saniyə ərzində təsir edirlər.
Əgər onların göz bəbəklərinin bizimkilərdən böyük olduğunu görmüsünüzsə, bilin ki, bunun da bir səbəbi vardır.
Çünki o böyük gözlərlə insana baxdıqda təsir etməmələri mümkün deyil. Yəqin ki, gözlərin danışdığını eşitmisiniz... Hətta bu ifadələr körpələrə də aiddir. İnsanın göz bəbəkləri onun ruhi vəziyyətini göstərir. Bu körpələrdə də belədir. Bir şey onların xoşuna gəldiyi zaman göz bəbəkləri böyüyür. Lakin əsəbləşdiyi və ya narahat olduqları zaman isə göz bəbəkləri kiçilir.
Qədim inanclara əsasən körpələr bir o qədər də yaxşı görmürlər. Onlar böyüdükdə görmə qabiliyyətləri də artır. Dövrümüzdə isə bunun qismən səhv olduğu məlum olub.
Körpələrin eşitmə qabiliyyəti çox yüksəkdir. Hətta körpələrin görmə qabiliyyətləri də bizləri çox heyrətləndirir.
Elm adamları apardıqları tədqiqatlar nəticəsində körpələrin ana bətnində olduqları zaman bəzi səsləri eşitdikləri aydın olub.
Bununla bağlı belə deyilir: "Körpələr ana bətnində yalnız yüksək səsləri eşidirlər. Axı onlar xarici dünyadan ayrı bir dünyada yaşayırlar. Doğuş zamanı isə plasenta mayesindən müəyyən qədər orta qulağa sızır və onlar xarici aləmdə qulaqbatırıcı səsləri eşitmirlər. Körpələr onlar üçün ən mühüm səs olan ana səsini eşidirlər. Elə buna görə də insan səsinə asanlıqla vərdiş edir və onu təqlid edirlər".
Başqa maraqlı tədqiqat isə yeni dünyaya gələn körpənin qoxu ilə bağlı qeyri-adi qabiliyyətinin olmasıdır. Körpənin ana südü qoxusu olan bir yastığı təmiz yastıqdan üstün tutduğu aydın olub.
Ən maraqlısı isə odur ki, altı günlük körpə öz anasının süd qoxusunu başqalarının süd qoxusundan ayırır. Həmçinin körpələr ammonium hidroksid (sidik) kimi kəskin və pis qoxulardan diksinir, gözəl qoxular hiss etdikdə isə sevinir. Bütün bu və buna bənzər qabiliyyətlər refleks olmayıb şəxsiyyəti bildirir. Yəni bir körpə müəyyən məhdudiyyətlər daxilində fərqli davranışlara malikdir.
Tarix: 06.01.2015 / 16:00 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Valideynə məsləhət