Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağım Yatmaq İstəmir!

Uşaqlar üçün yuxu hər vaxt problem yaradar. Yatağa getmək heç bir uşağın istəmədiyi şeydir. Körpə olsun, uşaq olsun valideynlər hər vaxt bu mövzuda çətinlik çəkirlər. Yaxşı, ailələrin yatmaq istəməyən uşaqlarına qarşı nə etməlidir?
Əgər yatmaq istəməyən bir körpəniz varsa;
1-Körpənizin sağlam bir yuxusu olsun istəyirsinizsə ehtiyaclarını vaxtında verin. Körpəni tez-tez oyandırmayın.
2-Yuxu əvvəli mühiti sakitləşdirin. Həddindən artıq səs-küylü, hərəkətli mühitdə körpə yata bilməz.
Yuxudan xoşlanmayan bir uşağınız varsa;
1-Yuxu əvvəli onunla vaxt keçirdin. Etibarlı bir əlaqə uşağın rahat və dinc olmasını təmin edər.
2- Uşağınız yatmaq istəmirsə onu günahlandırmayın. Əgər uşağınızın qorxuları varsa onları dilə gətirərək əlaqənizi pozacaq ya da onun problemini daha da böyüdəcək şeylərdən qaçın.
3- Uşağınızla inam verən bir əlaqə yaradın. Ona fərdiləşməsi üçün dəstək olun, ona inandığınızı hiss etdirin, çox qorumayın, amma laqeydlik də etməyin.
4- Onunla danışın, niyə yatmaq istəmədiyini izah etsin.
5-Onunla birlikdə yatağa girin və sevdiyi nağılları danışın.
6- Onunla yatağına uzanıb sabah nələr etmək istədiyi haqqında danışın.
7-Yuxu vaxtı gəlmədən əvvəl bir şeylər yedirib içirməyin.
8- Əgər sevdiyi bir oyuncağı varsa onunla yatmasını təmin edin.


Tarix: 06.01.2015 / 14:12 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Valideynə məsləhət
loading...