ağlam körpələr ümumiyyətlə 5-6 - cə ayda diş çıxartmağa başlarlar və bu müddət analar üçün olduğu qədər körpələr üçün də çətin bir müddətdir.
Ağrı,narahatlıq, hərarət, iştahsızlıq, yuxusuzluq, qulaq qaşıma, diş ətində qanama və tüpürcək axıtma kimi sindromlar göstərə bilər körpələr. Ancaq hamısında eyni sindromlar görülməsə də, sizə nələr edə biləcəyiniz mövzusunda işıqlandırmaq istəyirik.
Diş ətinə təzyiq etdiyində yaranan iltihablanmanın nəticəsində yaranan ağrını soyuq qidalar verərək yüngülləşdirə bilərsiniz. Xüsusilə soyuq və sərt meyvələr.
Daha çox su və ya sulu içkilər verə bilər, bədənindəki su itkisini önləyə bilərsiniz.
Diş ətindəki qaşıntılar üçün qaşıyıcılardan ala bilər, xüsusilə soyuducunda soyudulanlardan olmasa, hər hansı bir qaşıyıcını soyudub körpənizə verə bilər və daha çox rahatlama hiss etməsini təmin edə bilərsiniz.
İştahsızlıq yaşanması olduqca təbiidir, çünki körpələr diş ətlərindəki ağrıdan ötəri rədd edə bilərlər. Bunun yerinə lazımlı qidaları ala biləcəyi maye qidaları seçsəniz körpəniz ac qalmamış olar.
Tarix: 06.01.2015 / 14:01 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Valideynə məsləhət